Səyahət zamanı baqajın itirilməməsi üçün - nə etmək lazımdır?

Xəbərlər 15 Noyabr 2016 00:00 955
Səyahət zamanı baqajın itirilməməsi üçün - nə etmək lazımdır?

Təsəvvür edin özünüz üçün ideal səyahət planı cızmısınız, bütün məsələləri həll edib, nəhayət ki, istirahətə yollanacaqsınız. Lakin mənzil başına çatdıqda baqajınızın itdiyinin fərqinə varırsınız. Seyyah.az belə xoşagəlməz halla qarşılaşmamaq üçün bir neçə məsləhət verir.

1. Qeydiyyatdan keçiriləcək çamadanın içərisindəki əşyaların fotolarını çəkin, qiymətli əşyaların siyahısını tərtib edin və çeki etibarlı bir yerdə gizlədin. Baqajın çəkisini yadda saxlayın və ehtimal üçün elektron çəki tablosunun da fotosunu çəkməyə çalışın.

2. Çamadanın içərisinə marşrutunuz, əlaqə məlumatınız - telefon nömrəniz, elektron poçt adresiniz və gedəcəyiniz ünvanın (ev ünvanı deyil) yazıldığı siyahı qoyun.

Səyahət zamanı baqajın itirilməməsi üçün nə etmək lazımdır?

3. Əmin olun ki, çamadanınızın üzərində əvvəlki səyahətlərdən qalan heç bir birka yoxdur. Bu, əsasən müxtəlif airşirkətlərə məxsus olan kiçik yarlıqlardır. Əgər çantanızı təmizləməsəniz, yükvuran (mal yükləyən) fəhlələr bunu səhvən birkada göstərilən ölkələrdən birinə göndərə bilərlər.

4. Çantanın üzərində olan kəmərləri və bloklayıcı təkərləri çıxardın. Bunlara görə çamadan baqajlar üçün xüsusi lentdə ilişib qala bilər.

5. Bahalı görünən çamadanlar götürməyin. Əks halda, o, oğruların əlinə düşə bilər. Səyahət üçün al-əlvan rəngli çantalardan istifadə edin, yaxud onu xüsusi lent, brelok vasitəsilə fərqləndirməyə çalışın.

Səyahət zamanı baqajın itirilməməsi üçün nə etmək lazımdır?

6. Heç vaxt baqaja notbuk və ya digər texnikaları, dərman, zinət əşyaları, eləcə də vacib sənədləri verməyin. Onların geri qaytarılacağına aviaşirkətlərin çoxu zəmanət vermir.

7. Reysə qeydiyyat zamanı çantanızın üzərindəki birkada göstərilən yekun dayanacağın kodunun düzgün göstərildiyini yoxlayın. Dünyanın bütün aeroportlarının kodlarını bu sayt vasitəsilə yoxlaya bilərsiniz.

Səyahət zamanı baqajın itirilməməsi üçün nə etmək lazımdır?

8. Çamadana TSA funksiyalı qıfıl qoydurmaq haqqında düşünün. Bu, baqajınızı hər hansı kənar yoxlamalardan qoruyacaq. Bundan başqa, hava limanında müəyyən olunmuş yerlərdə sərnişinlərin baqajlarının qablaşdırılması həyata keçirilir. Bir yükün qiyməti adətən 10 dollardan başlayır. Yük təhlükəsizlik işçiləri tərəfindən yoxlama məqsədilə açıldığı zaman yenidən qablaşdırılması pulsuz həyata keçirilməlidir.

Yükü aldıqdan dərhal sonra içərisindəki əşyaları yoxlayın. Hər hansı ziyan dəyibsa, aviaşirkətin ofisinə, çamadanınız itdiyi halda isə hava limanında baqajın axtarışı şöbəsinə müraciət edin.

Mənbə: http://www.buro247.az/lifestyle/travel/s-yah-t-zaman-baqaj-n-itirilm-m-si-n-n-etm-k-laz-m.html

OXŞAR XƏBƏRLƏR