Yeni ulduz alan otellərdə - QİYMƏTLƏR

Xəbərlər 15 Noyabr 2016 00:00 2030
Yeni ulduz alan otellərdə - QİYMƏTLƏR

Noyabr ayında Mədəniyət və Turizm nazirliyi ölkədə daha 5 otelə ulduz dərəcəsi verib. Bu hotellər Bakıda və regionlarda yerləşir.

“Staybridge Suites Baku”  (Bakı)- 4 ulduz

“Neapol”  (Sumqayıt yolu) - 4 ulduz

“Baku İnn Hotel” (Bakı)- 4 ulduz

“Xan Lənkəran” (Lənkəran) - 4 ulduz

“Manor” (Bakı) - 3 ulduz.

Bununla da, Azərbaycanda ulduzu olan otel və mehmanxanaların sayı 121-ə çatıb. Fins.az adı çəkilən otellərin qiymətlərini  və təklif etdiyi xidmətləri təqdim edir.

“Staybridge Suites Baku”

“Staybridge Suites Baku” hoteli bu dəfə 4 ulduz olan htelər arasında ən bahalısıdır.  Otel Puşkin küçəsi 30-da yerləşən binanın 3-15-ci mərtəbələrini əhatə edir. Diər otellərdən fərqli olaraq burada qiymətlər dollarladır və xeyli yüksəkdir. Bir gecə qalmaq üçün müştərilər 75-185 dollar vəsait ödəməlidirlər. 

75 dollara ekanom otaqda qalmaq olar. 185 dollara olan otaqların mətbəxi də var.  Həmçinin göstərilən qiymətlərə səhər yeməyi, idman zalından istifadə və camaşırxanadan istifadə daxildir. 

“Neapol”otel

Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən otel 24 otaqlıdır. Mehmanxanada iki nəfərlik otaq 50 manatadır. Amma bu qiymətə səhər yeməyi daxil deyil. Əgər səhər yeməyinin də əlavə edilməsini istəsəz o zaman iki nəfərlik otağa 65 manat ödənməlidir. Oteldə «junior» otaqlar 70 manatdır. Bu qiymətə səhər yeməyi daxil deyil. 

“Baku İnn Hotel”otel

Otel Bakı şəhəri Abbas Səhət küçəsində yerləşir. Mehmanxananın keçmiş adı Happy İnn Oteldi. Oteldə standart iki nəfərlik otaqlar 70 manatadır. Qiymətə səhər yeməyi daxildir. Qeyd edək ki, oteldə hələ ki, idman zalı və spa xidmətlər göstərilmir. Amma gələcəkdə bu xidmətlərin də olacağı söylənildi. 

“Xan Lənkəran”otel

Otel bir nəfərlik, iki nəfərlik və lüks sinif otaqları da daxil olduğu TWIN, Double, Deluxe və Luxe otaqlardan ibarətdir. TWIN 1 nəfərlik  1 otaq 40 manatdır. İki nəfərlik  TWIN otaqlar isə 60 manatdır. İki nəfərlik Deluxe otaqlar isə 90 manatdır. Qeyd edək ki, göstərilən qiymətlərə səhər yeməyi daxildir.

“Manor”otel

Oteldən qiymətlər barədə dəqiq məlumat verilmədi. Otel nümayəndəsi  otelin hələ ki, fəaliyət göstərmədiyini və yaxın günlərdə mehmanxanın açılışını edəcəklərini bildirildi.

OXŞAR XƏBƏRLƏR