AZAL Bakı-Lvov-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq

Xəbərlər 3 Aprel 2014 00:00 1805
AZAL Bakı-Lvov-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq

Seyyah.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Lvov-Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlayacaq.

Aviauçuşlarla bağlı AZAL-ın bu gün Ukraynanın "Mirotel" turizm şirkəti ilə müqavilə imzalayacağı gözlənilir. Bunu ukraynalı turizm şirkətinin baş meneceri Yelena Qeraşenko bildirib.

Onun sözlərinə görə, aviauçuşların may ayının ikinci yarısından etibarən yerinə yetirilməsi nəzərdə tutulub: "Qeyd edilən marşrut üzrə aviauçuşlar həftədə iki dəfə -cümə axşamı və bazar günləri həyata keçiriləcək".

Şirkətinin nümayəndəsi deyib ki, bu aviareys Lvov şəhərinin yaxınlığında yerləşən Truskavets və Morşin sanatoriya-kurort müəssisələrinə və Karpat dağlarındakı istirahət zonalarına getmək istəyən vətəndaşlarımız üçün çox əlverişlidir.

OXŞAR XƏBƏRLƏR