Azərbaycan və Küveyt birbaşa reys açılacaq

Xəbərlər 16 Noyabr 2016 00:00 713
Azərbaycan və Küveyt birbaşa reys açılacaq

Azərbaycan və Küveyt birbaşa hava əlaqəsinin yaradılması barədə razılığa gəlib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.

İki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası sazişi AZAL-ın prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif əl-Fuzan (Yousef Al-Fouzan) imzalayıblar.

«Qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıb. Bu sənəd Azərbaycanla Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək», - deyə məlumatda bildirilir.

Hazırda AZAL və yük daşıyıcısı “Silkway Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırır. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Sazişin imzalanması noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR