Xorvatiyaya necə viza almaq olar? - Şərtlər

Xəbərlər 16 Noyabr 2016 00:00 1504
Xorvatiyaya necə viza almaq olar? - Şərtlər

Xorvatiyaya səfər --- Xorvatiya səfər üçün Viza necə alınır?Qiyməti nə qədərdir ? Otel qiymətləri nə qədərdi? və digər suallarınıza cavabı bu yazıda tapa bilərsiniz.

“Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”. Bu sözləri ölkəmizə səfəri zamanı Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bəyan edib. Bəs görəsən Azərbaycanlı turistlər bu ölkəyə maraq göstərirlərmi? Xorvatiyaya necə getmək olar?

 

 Qeyd edək ki, hazırda Azərbaycandan Xorvatiyaya uçmaq istəyənlər Moskva, Kiyev və İstanbuldan keçməklə bunu edə bilərlər. Bu üsulla Xorvatiyaya uçmaq 700-800 manatdır.
Viza tələb olunur – 297 manat
Xorvatiya səyahət etmək üçün azərbaycanlılar viza alınmalıdır. Viza almaq üçün təqribən 297 manat ödənməlidir. Bunun 63 manatı viza haqqı, 54 manat sənədlərin qəbulu üçündür, 180 manat isə sənədlərin Türkiyəyə göndərilməsi üçün ödənilən karqo puludur. Sənədləri Xorvatiyanın Azərbaycandakı konsulluğunun nəzdindəki Viza mərkəzinə təqdim etmək lazımdır, öz növbəsində konsulluq sənədləri Xorvatiyanın Ankaradakı nümayəndəliyinə göndərilir. Viza müraciətinə 21 gün ərzində cavab verilir.
Aşağıda qeyd olunanlar viza ödənişlərindən azaddırlar:
- Xorvatiya Respublikasının vətəndaşı olan ailə üzvləri (həyat yoldaşı və uşaqlar)
- Avropa İqtisadi Sahəsinin üzv dövlətlərin vətəndaşlarının ailə üzvləri,
- 12 yaşdan aşağı uşaqlar
- Diplomatik və xidməti pasportlara malik olan şəxslər işgüzar məqsədlə səyahət edərlərsə
- Şagirdlər, tələbələr, aspirantlar və onları təhsil,təlim zamanı müşayiət edən müəllimlər
- Avropa Parlamentinin icazəsi ilə Tədqiqat aparmaq məqsədilə Şengen ölkələrinə səyahət edən tədqiqatçılar
- Qeyri-hökümət təşkilatları tərəfindən təşkil edilən idman, mədəni və ya təhsil seminarlarındada,konfranslarda, tədbirlərdə iştirak edəcək 25 yaşına çatmamış qeyri- hökümət təşkilatlarının nümayəndələri
Aşağıda sadalanan şəxslər viza rüsumundan azaddırlar.
- Yaxın qohumları: həyat yoldaşı, uşaqlar valideynləri (himayəçilər daxil olmaqla) nənələr və babalar və ya nəvələr
- Xorvatiya vətəndaşı olan şəxslər
- Rəsmi nümayəndə heyətlərinin üzvləri və rəsmi nümayəndə heyətlərinin daimi üzvləri daxil olmaqla, Xorvatiya Respublikasının ərazisində hökumətlərarası təşkilatların keçirilən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarda iştrirak edənlər
- Şagirdlər, tələbələr, aspirantlar və onları təlim və təhsil məsqsədi ilə ekskursiya, eləcə mübadilə proqramları və digər məktəb fəaliyyəti ilə bağlı tədbirlər təşkil edən müəllimlər 
- Əlillər və onları müşayiət edən şəxslər;
- Beynəlxalq idman tədbirlərin iştirakçıları və onları müşayiət edən şəxslər;
- Elmi, akademik, mədəniyyət və ya incəsənət tədbirlərdə, o cümlədən universitet və digər mübadilə proqramlarında iştirak edən şəxslər
- Humanitar əsaslar, təcili tibbi müalicə almaq üçün və ya yaxın qohumlarının cənazə mərasimində iştirak etmək, yaxud yaxın qohumu ağır xəstə olan şəxsləri ziyarət etdikdə
- Qeyri-hökümət təşkilatlarının nümayəndələri təhsil təlimləri, seminarlar, konfranslarda iştirak, o cümlədən mübadilə proqramları çərçivəsində səfər etdikdə;
- Təqaüdçülər
- Jurnalistlər və onları müşayiət edən texniki heyət.

OXŞAR XƏBƏRLƏR