Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Xəbərlər 17 Noyabr 2016 00:00 769
Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftə sonu yaxınlaşır. Bu isə o deməkdir ki, kimlər üçünsə iki günlük, kimlər üçün isə bir günlük istirahət günləri yaxınlaşır. Yeni iş həftəsinə gümrah başlamaq təbii ki, həftə sonunda yaxşı istirahət etməkdən çox asılıdır. Seyyah.az həftə sonu gedə biləcəyiniz yerləri və onların qiymətlərini təqdim edir. 

“Köpüklərlə oyun”

Əgər  həftə sonunu övladınızı maraqlı bir yerə aparmaq istəyirsizsə, o zaman “Flexa Baku”-nun təşkil etdiyi tədbirdə iştirak edə bilərsiz. Burada uşaqlar sabun köpüyü ilə əyləncəli oyunlarda iştirak edə biləcəklər. Bundan əlavə, uşaqlara sabun hazırlamaq və sabunun yaranma tarixindən bəhs ediləcək. Tədbir 19 oktyabr saat 12-də başlayacaq. Tədbirdə iştirak 13 manatdır. Uşaqların yaşı 3-dən yuxarı olmalıdır. Tədbirin keçirilmə müddəti  1 saat 50 dəqiqədir. “Flexa Baku” Babək prospektində , Xətai metrosunun yaxınlığında yerləşir. 

Əlaqə nömrələri  +99450 242 36 77; 012 5147884

“Green House” restoranı  

Bazar gününü  dəbdəbəli  məkanda fərqli içkilər və yeməklərdən dadaraq maraqlı keçirmək istəyənlər üçün  “Boulevard Hotel Baku”da yerləşən “Green House” restoranı  maraqlı təkliflər edir. Belə ki, bazar günü saat 11:30-16-yadək restoran sizi və ailənizi ənənəvi Brança dəvət edir. Brançda canlı musiqi və çoxçeşidli bufetdən istifadə ediləcək, uşaqlarınız isə animatorlarla əyləncəli vaxt keçirəcəklər.

Qeyd edək ki, 0-6 yaş arası uşaqlar üçün branç pulsuz, 6-16 yaş arası uşaqlar üçün 50% endirimlə, böyüklər üçün isə 66 manatdır. Branç zamanı bütün yerli şərablar pulsuzdur. 

Masa rezerv etmək üçün: 012 310 0010, 050 229 2228 nömrələri ilə əlaqə saxlaya bilərsiz.

“Open Mic Night”

“Beer Pub Station”da “Open Mic Night” gecəsi keçiriləcək. Şənbə günü axşam 7-dən sonra istənilən şəxs öz musiqi aləti ilə gələrək restoranda istədiyi alətdə, istədiyi musiqini ifa edə bilər. Odur ki, ifaçılıq həvəskarı olan hər bir kəs burada özünə dinləyici tapacaq. 

İçkilərə gəldikdə isə adından da bəlli olduğu kimi restoranda əsasən pivə və pivə ilə qəbul edilən yeməklərdən istifadə edə bilərsiz.  Restoranda Xırdalan pivəsi ilə yanaşı, meyvəli  Alman pivələrindən də dada bilərsiz. 

Pivələr

Xırdalan – 1.10 manat

Maqnes almalı və çiyələkli - 6 manat

Blanş – 5 manat 

London pride – 7.50 manat

Qarağatlı pivə - 16 manat 

Noxud – 1 manat

Saçaqlı pendir – 2 manat 

Qızardılmış pendir – 2 manat 

Restoran Təbriz Xəlilrza küçəsində, Mərkəzi Univermağın yaxınlığında yerləşir. 

Əlaqə nömrələri  055 374 77 78

Şənbə və Bazar gününü şəhərdən kənarda keçirmək istəyənlər  isə bölgələrə təşkil olunan turlardan yararlana bilərlər. Qeyd edək ki, həftə sonunun yağışlı keçəcəyindən ehtiyat edən turizm şirkətləri turlar təşkil etməkdən çəkiniblər. Amma istisnalar da var. 

“Şəki – Qəbələ”

“Atlas” travel bazar gününə Şəki və Qəbələyə bir günlük tur təşkil edir. Tura qatılmaq üçün 23 manat ödənməlidir. Qiymətə səhər yeməyi, nəqliyyat və fotosessiya daxildir. Tur, N.Nərimanov metrosunun qarşısından səhət 7 –də başlanır. Səyahət zamanı Şəki Xan Sarayı, Karvansaray və Şəki Şirniyyat evini görə biləcəksiz. Şəki Xan Sarayına giriş üçün 2 manat ödənməlidir. Karvansaraya giriş pulsuzdur. Şirniyyat evinə də giriş pulsuzdur. Amma bu burada müəyyən məbləğ ödəyərək əsl Şəki şirniyyatından dada bilərsiz. Qeyd edək ki, Şəki halvasının 1 kiloqramı 6 manat, bamiyə 1.50 manatdır. Şəkidən sonra isə Qəbələdə Tufandağa səfər olunacaq. Kanatdan istifadə 10 manatdır. Hələ qış mövsümü açıq elan edilmədiyindən xizəklər də istifadəyə verilməyib.

“Şəki-Oğuz –Qəbələ”

 Adları sadalanan ərazilərə səyahəti “Turda Az” şirkəti təşkil edir. Turun bir nəfər üçün qiyməti  90 manatdır. Səyahət ikigünlükdür,səfər şənbə günü başlanılır və bazar günü geri qayıdırlar. Tur iştirakçıları Şəkidə yerləşən 5 ulduzlu Marxal oteldə qalacaqlar. Həmçinin turun ilk günü gündə 3 dəfə yemək ikinci gün isə yalnız səhər yeməyi verilir. İki günlük turda Şəkidə yerləşən maraqlı yerlərə ekskursiyalar təşkil ediləcək. Oğuzda isə Xal-xal kəndinə səfər edərək bu bölgədə yerləşən şəlalə və göl ətrafında istirahət edə bilərsiz. Qəbələdə isə Tufandağa gəzinti təşkil olunacaq. Burada 10 manat ödəyərək kanatdan istifadə etmək mümkündür.   

“Şahdağ- Qusar-Laza” 

“Şahdağ” istirahət kompleksinə səfəri  “Online travel” şirkəti təşkil edir. Tura bazar günü səhər 7-də metronun “Gənclik” stansiyasından Tofiq Bəhrəmov adına stadionun qarşısından başlanılır. Turun qiyməti 23 manatdır. Qiymətə səhər yeməyi, nəqliyyat, fotosessiya daxildir. Hələ ölkənin istirahət mərkəzlərində qış mövsümü başlamadığından Şahdağda xizəklərdən istifadə etmək mümkün olmayacaq. Amma xizək əvəzində 5 manat ödəməklə kanatdan, 10 manat ödəməklə isə “paintball” həyəcanını yaşaya bilərsiz. Bazar günü baş tutacaq tur həmin gün axşam 10–a Bakıya qayıtmaqla başa çatacaq.

OXŞAR XƏBƏRLƏR