Dünyanın ən maraqlı heykəlləri - FOTOLAR

Xəbərlər 11 Dekabr 2016 00:00 2224
Dünyanın ən maraqlı heykəlləri - FOTOLAR

Bunlar dünyadakı bütün adi heykəllərdən fərqlənir. Heykəltəraşların qəribə ideyaları nəticəsində ərsəyə gətirdiyi maraqlı heykəllər hər kəsin diqqətini çəkməkdədir.

Seyyah.az  sözügedən heykəlləri təqdim edir.

1. Tayvandakı su ayğırı heykəlləri olduqca diqqət çəkir.

Bura gələn turistlər onların fotoşəkillərini çəkməmiş geri qayıtmır.

2. ABŞ-ın Texas ştatındakı “Mustanq atları” adlı heykəllər insanlar tərəfindən maraqla qarşılanır.


Fotoşəkillərdə kiçik görünməsinə baxmayaraq, heykəllər həqiqi atdan da bir qədər böyükdür.

3. Fransanın Marsiliya şəhərindəki “Səyyah” adlı heykəl bir çox modern sənətlər sərgisində yer alıb.

heykel-6

4. ABŞ-ın Nyu-York şəhərindəki “Düyünlənmiş silah” heykəli olduqca mənalıdır.


Bu heykəl 1980-ci illərdə Karl Fridrix Rutersvard tərəfindən Con Lennonun xatirəsinə hazırlanıb.

5. İngiltərənin Oksford şəhərindəki “Düşən köpək balığı” heykəli dərin anlamlıdır. 


Bu heykəl İkinci Dünya müharibəsi zamanı Naqasakiyə nüvə bombasının düşməsinin 41-ci ildönümü xatirəsinə həsr olunub.

6. Çexiyanın paytaxtı Praqadakı “İlişən adam” heykəli, deyilənlərə görə, intellektual insanlarla sıradan insanların fərqini göstərir.


7. Belçikanın Brüssel şəhərindəki “De Vaartkapoen” adlı heykəl komediya eskizini xatırladır. 


Bu heykəl 1985-ci ildə inşa edilib.

8. Çexiyanın paytaxtı Praqadakı “Frans Kafka” adlı heykəl varlı və qısqanc insan simvoludur.


 Bu adam dünyanı başqalarının gözü ilə görmək üçün digər adamın çiyninə çıxıb.

9. Danimarkadakı “Bureaucratic Themis” adlı heykəl Cens Qalskiot adlı heykəltəraş tərəfindən hazırlanıb. 


Heykəldə arıq bir kişinin çiynində oturan kök qadının əlində ədalət tərəzisi tutması əsl ironiyadır.

10. İngiltərə, ABŞ, Monako və Sinqapurdakı eyni heykəllər “Təbiətin gücü” mənasını verir.


OXŞAR XƏBƏRLƏR