Dünyanın ən böyük otel layihəsinin dəyəri 3.5 milyard dollar həcmində qiymətləndirilir. Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən turizm nəhənginin açılışı 2017-ci ilə nəzərdə tutulub. Otelin rəhbərliyinin sözlərinə görə otelin bütün qonaqları dəbdəbəli və zəngin interyerli otaqlar, dadlı təamlar və xoş xidmətlə təmin olunacaqlar.
Tikintisi Səudiyyə Ərəbistanıın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən yeni otelin adı “Abrac Kuday” (Abraj Kudai) olacaq. Binanın layihəsi isə “Dar al-Handasah Group” şirkətinə məxsusdur.
Hələ də tikintisi davam edən otelin açılışından sonra onu ümumi ərazisi 1.4 milyon m2 olacaq.
“Abrac Kuday” oteli 10.000 otaq, 70 restoran, 4 vertolyot meydançası və 12 qüllədən ibarətdir. Qüllələrdən ən hündürü 45 mərtəbə, ən balacası isə 30 mərtəbədir.
Oteli kompleksinin 5-ci mərtəbəsindəki otaqlar Səudiyyə Ərəbistanının kral ailəsi üçün saxlanılacaq.
Otel dünyanın ən böyük məscidi olan “Məscidül-Həram”-dan (Masjid al-Haram) 2 km aralıqda yerləşir.