Bakının tam mərkəzində yerləşən "Passaj" adlı ən tanınmış bazarlardan biri bu yaxınlarda yeni formatda qapılarını açdı.
Seyyah.az-ın verdiyi məlumata görə, yeni adı "Passage 1901" olan bazar obyektlərin toplusu kimi bərpa olunub: burada restoran, çayxana, banket zalı, mağazalar üçün yerlər var.
"Passaj" bazarınını çar Aleksandr III şərəfinə "Aleksandro-Nevskiy bazar" adlandırmışlar. Bazarın yanında çarın şəxsən 1888-ci ildə təməlini qoyan Aleksandr Nevski Kafedralı var idi. Məhz ona görə bu yerlərə Aleksandro-Nevskiy sıraları deyərdilər.
El arasında Qızıllı kilsə kimi də tanınan provoslav kilsəsi 1936-cı ildə bolşeviklər tərəfindən məhv edildi.
"Pasaj" bazarı öz təmizliyi ilə, ağ xalatlı satıcıları ilə, müştəlirə münasib qiymətləri ilə, dərmansız becərilən kənd təsərrüfatı məhsulları ilə tanınırdı. Lakin post-SSRİ dövründə baxımsızlıqdan dağınıq vəziyyətə düşdü.
2013-cü ildən bazar əsaslı təmirə bağlandı. Milli formada təmir edildi, ornamentlər qoruyub-saxlanıldı. Milli ornamentlərlə bura XIX əsrin ab-havası gətirir.
Sizə həmçinin buradakı restoranın menyusu ilə tanış olmağa dəvət edirik.