Avropanın ən yaxşı Yeni İl yarmarkaları – ŞƏHƏRLƏRİN SİYAHISI

Xəbərlər 12 Dekabr 2016 00:00 1185
Avropanın ən yaxşı Yeni İl yarmarkaları – ŞƏHƏRLƏRİN SİYAHISI

Dekabr ayının əvvəlindən Avropanın əksər şəhərlərində  Yeni İl yarmarkaları fəaliyyətə başlayır. Bu yarmarkalarda Yeni İl bayramı üçün xüsusi suvenirlər,  bir-birindən fərqli aksesuarlar və yemək üçün dadlı şirniyyatlar ala bilərsiz. Seyyah.az Yeni İl bayramında yarmarka keçirəcək şəhərlərin siyahısnı təqdim edir.

Yeni İl ərəfəsində paytaxt Berlində 60-a yaxın  yarmarka fəaliyyətə başlayacaq.  Bu bazarların hər birin də fərqli əşyalar satılır. Winter World yarmarkası Potsdam meydanında yerləşir. Yarmarkada Alman tarixini əks etdirən əşyalar satılır. Bunadan başqa fərqli atraksionlar da uşaqlarla yanaşı böyüklərin də böyük marağına səbəb olur. Hər il milyonlarla turist Winter World yarmarkasına üz tutur.

Fransa-Paris

Yeni İl yarmarkası Paris küçələrində hər addım keçirilir. Bu yarmarkalar arasında ən böyüyü Esplanad-de-Lya-Defan metrosunun yaxınlığında yerləşən yarmarkadı. Bu bazar 10 min kvadrat metr ərazini əhatə edir. Bundan başqa Monparnase, Abbes və Sen-Sulypis meydanlarında da bir birindən maraqlı yarmarkalar təşkil olunur. Həmçinin bu yarmakalarda atraksionlar da xidmət göstərir. Ən maraqlı yerlərdən biri isə Parisdə yerləşən Santa-Klaus kəndidir. Bu kənd də turistlərin diqqətini çəkən əsas yerlərdən biridir.

Estoniya-Tallin

Tallində ən böyük yarmarka Ratuşnoy meydanında yerləşən yarmarkadı. Bu yarmarka artıq bir neçə əsirdi ki, təşkil olunur. Yarmarka həmişə izdihamlı olur. Həmçinin burada müxtəlif kafelər fəaliyyət göstərir. Bundan başqa Tallində heç vaxt haqqında eşitmədiyiniz spirtli içki içə bilərsiz. eşidə bilərsiz. Tallin yarmarkalarında isti şərab satılır.

Avstriya-Vyana

Vyanada ən böyük yarmarka Ratuşi binasının qarşısında yerləşir. Bu şəhərdə turistləri Moçart şirniyyatları ilə qarşılayırlar. Həmçinin bu yarmarkada əcnəbilərə ştrudel şirniyyatı hazırlamaq öyrədilir.

İtaliya-Verona

Veronada Yeni İl yarmarkaları noyabrın ortalarından yanvar ayının ortalarına kimi davam edir. Şəhər yeni ildə görməyə vərdiş etdiyimiz işıqlarla və yolkalarla yanaşı şəhər əhalisnin hazırladığı əl işləri ilə də bəzədilir.

Böyük Britaniya –London

Şəhərin Winter Wonderland adlı mərkəzi yarmarkasında aksesuarlarla yanaşı dadlı şirniyyatlar da əldə etmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, London Yeni İl yarmarkaları digər Avropa şəhər yarmarkaları ilə müqayisədə çox bahalıdır.

İspaniya-Madrid

Yeni İl ərəfəsində Madrid digər Avropa şəhərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir. Beləki yarmarkada Santa-Klaus hər kəsi bayram pudinqinə, qlitveyninə və İspan pivəsinə qonaq edir.

İsveç –Stokqolm

Karlson və inadkar uzun papaq Peppinin şəhəri Stokqolm sanki Yeni İl yarmarkaları üçün yaradılıb. Yeni İl ərəfəsində qədim şəhər mərkəzi Qamla-Stan  başdan başa bayram yarmarkasıne çevrilir. Şəhər tamamilə yeni görkəm alır. Yeni il bəzəklərinə hər ağacda hər addımda rast gəlinir.

 

OXŞAR XƏBƏRLƏR