Evcik Land Rover Discovery Sport yolsuzluq avtomobilinin baqaj yerinə hesablanıb. Burada 2 böyük adam rahat şəkildə yerləşə bilər. Yaşayış kapsulu 20 dərəcə şaxtaya qədər soyuqdan qorumanı təmin etməyə qadirdir. Modulu Everesti 12 dəfə fəth edən Kenton Kul sınayıb. Kapsul trapesiya şəkilli formaya sahibdir və böyük şüşə pəncərə ilə təchiz olunub, bu şüşə həm giriş qapısı, həm də panoram dam rolunu oynayır. Günəş batareyası smartfon və ya planşetləri şarja qoymağa imkan verir. Kapsulun döşəməsi və çərçivəsi Danimarka şam ağacından hazırlanıb, dam və yanlar çoxqatlı fanerdən hazırlanıb.
Kapsul yaxın illərdə Land Rover brendinin müxtəlif tərəfdaş tədbirlərində istifadə olunacaq, eləə də bütün dünyada Land Rover Experience mərkəzlərində nümayiş olunacaq. Modulun seriya istehsalı barədə məlumat verilmir.