Şahdağda qış mövsümü başladı – QİYMƏTLƏR

Xəbərlər 14 Dekabr 2016 00:00 1036
Şahdağda qış mövsümü başladı – QİYMƏTLƏR

Artıq sabahdan Şahdağ istirahət mərkəzində qış mövsümü başlayacaq. Şahdağla yanaşı Qəbələdə yerləşən Tufandağ qış və yay istirahət kompleksində də sabahdan etibarən qış mövsümü üçün kompleks tam istifadəyə veriləcək. Qeyd edək ki, Tufandağda artıq bir neçə gün bundan qabaq bir xizək xətti istifadəyə verilib. Sabahdan etibarən isə bütün xəttlər işə başlayacaq.

Şahdağda sayca beşinci olacaq bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılıb. Kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib.

Hər il olduğu kimi bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə –  ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq,  qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında  olurlar.

Əyləncə xidmətlərindən istifadə isə 4-55 manat arasında dəyişir

Xizək-bütün günü-26 manat

          yarım gün-16 manat

Xizək tam forma ilə-55 manat

Xizək maşını ilə -30 dəq gəzinti – 16 manat

                          1 saat – 26 manat

Paintbol-100 top-12 manat

              200 top-21 manat

Aeroxizək-10 dəq-21 manat

                20 dəq-36 manat

Kvadrasikll turları-20 dəq-31 manat

                          10 dəq -11 manat

Tübinq 3 dəfə eniş-4 manat

           5 dəfə eniş-5 manat

Ziplayn iki dəfə eniş-17 manat

            Bir dəfə eniş-9 manat

Kanat bir dəfə-6 manat

Kanat uşaqlar üçün-4 manat

Qeyd edək ki bu mövsüm Şahdağda yeni paraplan və atıcılıq xidmətləri istifadəyə verilsədə amma bu xidmətlərdən istifadənin neçəyə olması hələki müəyyənləşməyib.

 

Tufandağ qış və yay istirahət mərkəzində isə xizəkdən istifadə tam kostyumla birlikdə 50 manatdır.  

OXŞAR XƏBƏRLƏR