AZAL Rusiya və Belarusa yeni aviareyslər açacaq

Xəbərlər 4 Aprel 2014 00:00 1507
AZAL Rusiya və Belarusa yeni aviareyslər açacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yaz-yay mövsümündə Rusiyanın Perm, Krasnoyarsk, Nijni Novqorod, həmçinin Belarusun Minsk şəhərinə yeni mütəmadi reyslər açmaq niyyətindədir.
Seyyah.az xəbər verir ki, bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, Rostova mövsümi aviareyslərin bərpa edilməsi planlaşdırılır: "Yeni reyslər tədricən açılacaq və bu proses mayda başlayacaq".

OXŞAR XƏBƏRLƏR