"Qara siyahı"ya düşənlərə "ASAN Viza" veriləcək?

Xəbərlər 17 Dekabr 2016 00:00 712
"Qara siyahı"ya düşənlərə "ASAN Viza" veriləcək?

ASAN Xidmətin rəhbəri İnam Kərimov Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.

İ.Kərimov jurnalistlərə deyib ki, arzuolunmaz şəxslərin siyahısı müvafiq dövlət orqanı tərəfindən elektron sistemə daxil edilir:

"Müraciət zamanı sistem bu siyahını yoxlayır. Sistem ümumiyyətlə, müvafiq olaraq bu siyahını yoxlayır. Hər hansı şəxs dövlətin arzuolunmaz şəxslər siyahısındadırsa, həmin şəxsə vizanın verilməsindən imtina edilir. Hər hansı bir şəxsə vizanın verilib-verilməyəcəyi dövlətin müstəsna səlahiyyətidir. Buna heç bir dövlət müdaxilə edə bilməz".  

OXŞAR XƏBƏRLƏR