Azərbaycanda daha bir “Rixos” oteli açılır

Xəbərlər 4 Aprel 2014 00:00 4666
Azərbaycanda daha bir “Rixos” oteli açılır

Azərbaycanın Şamaxı rayonun Ağsu aşrımı adalan ərazisində (Şərədil kəndi) inşa edilən oteldə tikinti işləri başa çatdırılıb. Otel “Rixos Şamaxı” adı ilə fəaliyyət göstərəcəkdir. Azərbaycanın Şamaxı rayonun Ağsu aşrımı adalan ərazisində (Şərədil kəndi) inşa edilən oteldə tikinti işləri başa çatdırılıb. Otel “Rixos Şamaxı” adı ilə fəaliyyət göstərəcəkdir. Bunu otelin əməkdaşı Erdem Canlı bildirib.

O deyib ki, “Rixos Şamaxı”  aprelin 10-da istifadəyə veriləcəkdir, otelin rəsmi açılışı isə mayın 10-da baş tutacaqdır.

 Erdem Canlı qeyd edib ki, 5 ulduzlu “Rixos Şamaxı”   oteli 102 otaqdan ibarətdir:

“Oteldə “Standart” otaq yoxdur, ən kiçik otaq 42 kv.m-dir.  Otaqlardan 82-si “Delux”,  9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir”.

Erdem  Canlı bildirdi ki, oteldə qiymətlər 280 manatdan başlayır, ən yüksək qiymət 4000 manatdır, bu da “Presidential suite” otaqlarına aiddir. Qiymətlərə  səhər və axşam yeməkləri daxildir.

Otelin ərazisində 455 nəfərlik şadlıq sarayı, 300 nəfərlik konfrans zalı,  anfi-teatr, otelin ən yuxarı mərtəbəsində lüks gecə klubu yer alır.

Erdem Canlı  əlavə edib ki, “Rixos Şamaxı” əyləncə xidmətləri ilə turistləri cəlb etməyi hədəfləyir.

Qeyd edək ki, artıq  Azərbaycanda 2 “Rixos” oteli fəaliyyət göstərir. Bunlar “Rixos Naftalan” və “Rixos Quba” otelləridir. Hər bir otel “Rixos” standartlarına uyğun fəaliyyət göstərsələr də, “Rixos Naftalan” və “Rixos Şamaxı”   eyni, “Rixos Quba” isə ayrı bir şirkət tərəfindən idarə olunur. “Rixos” Türkiyə markasıdır. otelin əməkdaşı Erdem Canlı bildirib. O deyib ki, “Rixos Şamaxı” aprelin 10-da istifadəyə veriləcəkdir, otelin rəsmi açılışı isə mayın 10-da baş tutacaqdır. Erdem Canlı qeyd edib ki, 5 ulduzlu “Rixos Şamaxı” oteli 102 otaqdan ibarətdir: “Oteldə “Standart” otaq yoxdur, ən kiçik otaq 42 kv.m-dir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir”. Erdem Canlı bildirdi ki, oteldə qiymətlər 280 manatdan başlayır, ən yüksək qiymət 4000 manatdır, bu da “Presidential suite” otaqlarına aiddir. Qiymətlərə səhər və axşam yeməkləri daxildir. Otelin ərazisində 455 nəfərlik şadlıq sarayı, 300 nəfərlik konfrans zalı, anfi-teatr, otelin ən yuxarı mərtəbəsində lüks gecə klubu yer alır. Erdem Canlı əlavə edib ki, “Rixos Şamaxı” əyləncə xidmətləri ilə turistləri cəlb etməyi hədəfləyir. Qeyd edək ki, artıq Azərbaycanda 2 “Rixos” oteli fəaliyyət göstərir. Bunlar “Rixos Naftalan” və “Rixos Quba” otelləridir. Hər bir otel “Rixos” standartlarına uyğun fəaliyyət göstərsələr də, “Rixos Naftalan” və “Rixos Şamaxı” eyni, “Rixos Quba” isə ayrı bir şirkət tərəfindən idarə olunur. “Rixos” Türkiyə markasıdır.

“Marja”

 

OXŞAR XƏBƏRLƏR