Tədbirdə qonaqlar pank-rok musiqi janrının əfsanəsi olan Marki Ramonun canlı ifasını dinləyəcək. Xüsusi qonaq qismində isə "Yuxu" qrupu çıxış edəcək.
Qeyd edək ki, iki mərtəbəli, ərazisi 1350 kvadrat metr təşkil edən, 400 nəfərlik oturacaq yeri olan, daxili və xarici yemək ərazisinə malik, iki geniş barı, möhtəşəm terrası və xususi tədbirlərin keçirilməsi üçün məkanları təqdim edən "Hard Rock Cafe" Əziz Əliyev 8 küçəsində, 20-ci əsrin kinoteatrı binasında yerləşir. Yeni kafe nəfis tərtibatlı səhnəsi, canlı musiqisi və əyləncə məkanı kimi Bakının ən yaxşı musiqi ünvanı sayılmağına iddialıdır. "Hard Rock Cafe" müxtəlif musiqi istiqamətləri ilə tanış olmağa fürsət yaradır, yenilənən memorabiliya kolleksiyası isə əfsanəvi və müasir dünya musiqiçilərin əşyalarını özündə toplayır.
"Hard Rock Cafe Baku"nun qonaqları hər zaman təzə məhsullardan və onlardan hazırlanan yüksək keyfiyyətli təamlardan zövq ala bilərlər. Sevimli Legendary Experience də daxil olaraq, nəfis dadlı burqerlərin zəngin çeşidi, hər bir qonağı məmnun etməyə hazırdır. Hisə verilmiş təamların menyusuna daxil olan Hickory taxta çöpləri üzərində incə qızardılmış qabırğalar və öz sousunda bişmiş toyuq və donuz əti mükəmməl bir sənət əsəri yaradır. "Hard Rock Cafe"nin menyusuna Hurricanes, Margaritas kimi ləzzətli kokteyllər də daxildir, burada həmçinin Alternative Rock (alkoqolsuz) içkilər də xüsusi yer alır.
"Baku Rock Shop"da isə musiqi sənətindən ilhamlanan müxtəlif və maraqlı əşyalara rast gələ bilərsiniz. Burada olan hər bir əşya ozünə məxsus eksklyüziv dizaynla fərqlənir. "Hard Rock" pərəstişkarları isə çox böyük populyarlıq qazanan sancaq kolleksiyalarını burada artıra bilərlər.
Xatırladaq ki, dünyanın 73 ölkəsində müxtəlif məkanlar, 172 kafe, 24 otel və 11 kazinonun da daxil olduğu "Hard Rock International (HRI) dünyada ən çox tanınan şirkətlərindən biridir. Erik Kleptonun gitarasından başlayaraq, "Hard Rock" dünyaca məşhur olan musiqiçilərin şəxsi əşyalarından ibarət ən zəngin memorabiliyasına sahibdir. Eləcə də "Hard Rock" dəb və musiqi ilə əlaqəli müxtəlif əşyaların satışı ilə də böyük alıcı qüvvəsini özünə cəlb edə bilib. "Hard Rock"un canlı ifalarının ünvanı olduğunu və hədiyyələr qazandıran veb-saytlarını da xüsusi qeyd etmək lazımdır. Bütün Hard Rock brendləri "HRI" ticarət nişanı altında London, Nyu-York, San-Fransisko, Sidney və Dubay kimi şəhərlərdə fəaliyyət göstərir. Şirkətin ən uğurlu otel və kazinoları Tampa və Hollivud ilə yanaşı, Bali, Çikaqo, Kankun, İbiza, Las-Veqas, Makau və San-Dieqoda yerləşir. "Hard Rock"un gələcək layihələrinə Əbu-Dabi, Atlanta, Berlin, Dubay, London, Los-Kabos, Nyu-York, Şenzen, həmçinin Çində yerləşən Dalian və Haiku şəhərləri də daxildir.



