Azərbaycanda iqlimin müxtəlifyi ölkəmizdə bir çox təbii müalicəvi mərkəzlərin yaranmasına şərait yaradıb. Belə məkanlardan biri də Naxçıvanda yerləşən “Duzdağ” müalicə mərkəzidir. Seyyah.az fins.az-a istinadən “Duzdağ”da müalicənin faydası və qiymətlərini təqdim edir.
“Duzdağ” Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə yerləşir. Müalicə mərkəzi oteldən 2 km uzaqlıqdadır.
Mağara icərisində Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin və “Duzdağ” otelinin fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət, müalicə mərkəzi var. 5 ulduzlu oteldə 47 otaq, 128 yataq, kafe, TV-salon və kitabxanadan ibarət kompleks müştərilərə xidmət göstərir.
“Duzdağ” Otelinin Fizioterapiya mərkəzində həkim, 24 saat mühafizə, təmizlik və s müştərilərə xidmət göstərilir. Bundan başqa oteldə yerləşən aqua-parkda, acıq və qapalı havuzlarda, basketbol, futbol meydançalarında, tenis kortlarında və sağlamlıq mərkəzlərində vaxt keçirmək mümkündür.
“Spleoterapiya”
Duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir . Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılıb. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir.
Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən Duzdağ Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir.
Yeraltı şöbəsi 9 şaxtadan ibarətdir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır. Naxçıvan Fizioterapiya Xəstəxanasında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 18:00-dan – 8:00-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.
Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədcicən azaldılır) . Spleoterapiya xəstədə boğulma tutmaları”) olmayan dövrdə və ya remissiya dövründə aparılır.
Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında bəlli olur.
Qiymətlər
Naxçıvan Duz dağda müalicə bir nəfər üçün bir gün 80 manatdır. Bu qiymətə hava limanında qarşılanma, oteldə qalma, həkim müayinəsi, mağara otaqlarında qalma, mağaralara aparılıb gətirilmə və gündə 3 dəfə yemək daxildir.
İki nəfər üçün isə ödəniş 110 manatdır. 5 yaşa qədər uşaqların müalicəsi və müayinəsi pulsuzdur. 5 yaşdan 12 yaşa qədər uşaqlara isə 50 faiz güzəşt edilir.
Qeyd edək ki, oteldə qalmadan da “Duzdağ”da müayinə və müalicə oluna bilərsiz. Bu zaman Naxçıvan şəhərində aylıq ödənişi 200 -250 manat olan evlərdə kirayə qalmaq mümkündür. Bundan başqa gündəlik kirayə evlər də var. Bu cür evlərin gündəliyi otaqların sayına və şəraitinə görə 20-30 manat arasında dəyişir. Müalicə mərkəzinin otelində qalmadan, yalnız müalicə olunsaz. Onda hər gün üçün 30 manat ödəməli olacaqsız. Naxçıvan şəhər mərkəzində müalicə mərkəzinə taksi ilə getsəz 5 manat ödəməli olacaqsız. Amma hər gün səhər şəhər mərkəzindən müalicə kompleksinə pulsuz avtobuslar yola düşür.