Azərbaycanlılar İraqa vizasız gedə biləcək

Xəbərlər 4 Aprel 2014 00:00 1583
Azərbaycanlılar İraqa vizasız gedə biləcək

Seyyah.az xəbər verir ki, Milli Məclisin aprelin 4-də keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" saziş təsdiq edilib.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, İraq Respublikası ilə bu cür sazişin təsdiqlənməsi çox vacib məsələdir, çünki Azərbaycan beynəlxalq əlaqələr qurmaqdadır. "Bu baxımdan belə bir sazişin ratifikasiya olunması vacibdir".

Saziş Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR