Tarix
Eyfel qülləsi Fransanın ən məşhur görməli yerlərindən biridir. Parisi Eyfel qülləsiz təsəvvür etmək qeyri-mümkündür. Hər il milyonlarla turist Fransaya gəlir ki, dəmir lady-ini görə bilsinlər. Necəki fransızlar onu adlandırırlar. Bu qüllə haqqında çoxlu əfsanələr və rəvayətlər var.
Eyfel qülləsinin təmtəraqlı açılış mərasimi 1889-cu il 31 martda baş tutub. Qüllənin lahiyəsini Aleksandr Qustava Eyfel verib. Fəaliyyətə başladığı ilk illərdə qüllə dünyanın ən böyük konstruksiyası olub. Yalnız 1930-cı ildə birinciliyi Kraysler şirkətinin binası ələ keçirib. O Eyfel qülləsindən 18 metr hündürdü.
Qüllənin hazır ki, görkəmini alması üçün 18038 xüsusi keyfiyyətə malik dəmir hissələrdən istifadə olunub. Eyfel qülləsi 7 ildə bir dəfə rənglənir. Qülləni rəngləmək üçün bürünc və ağ rəng çalarlarından istifadə olunur. Qüllənin üzərində Fransanın 72 ən görkəmli alimlərinin adları həkk olunub. Bir müddət öncə bəzi adlar silinib. Lakin sonradan həmin adlar bərpa olunub.
Qülləyə bir çox məşhur şəxslər çıxıb. Onlar arasında alim Tomas Edison və Adolf Hitler də olub. Hitler qülləyə piyada çıxıb. Buna səbəb Almanların Parisi işğal etməsindən sonra Fransa əsgərlərinin qüllənin liftini bilərəkdən sıradan çıxarması olub. 1944-cü ildə qüllənin lifti yenidən bərpa olunub.
Qüllənin zirvəsindən 70 kilometr ərazidə olan bütün tikililəri asanlıqla görmək olur. Güclü külək olanda qüllənin yuxarı mərtəbələri 15 santimetr sağa –sola hərkət edir.
Mövcud olduğu dövrdə qüllənin 20-dən çox sahibi olub. Viktor Lyustiq adlı dələduz qülləni qanunsuz olaraq metal əvəzinə satmaq istəyib . İki dəfə isə öz əmlakı kimi hərracda satıb. O bir neçə dəfə qülləyə görə pul alaraq aradan çıxıb.
Bir çoxlarının arzusudur ki, Parisdə yerləşən Eyfel qülləsini görsün. Amma bu imkanınız yoxdusa heyfislənməyə dəyməz çünki dünyanın bir çox şəhərlərində qüllənin kiçik modelləri var. Bu şəhərlər Las-Veqas, Kopenhaqen, Qaunçjau, Slobozii, Varne, Praqa və hətta Qazağıstanın Aktau şəhərində də var.

Eyfel qülləsinə biletlər
Biletlərin qiymətləri qülləyə piyada və ya liftlə çıxmaqdan asılıdır. Əgər yuxarı mərtəbələrə çıxmaq fikriniz yoxdursa o zaman piyada da çıxmaq olar. Bu zaman pulunuza qənaət etmiş olacaqsız.
Piyada böyüklər- 7 avro
Piyada gənclər (12-24 yaş)-5 avro
Piyada uşaqlar-(4-11 yaş)-3 avro
Böyüklər liftlə-17 avro
Gənclər liftlə-8.50 avro
Uşaqlar liftlə-(4-11) 10 avro
Növbəsiz
Eyfel qülləsinə demək olar ki, daim növbə olur. Həm kassa həm də lift önündə yetərincə uzan-uzadı növbələr olur. Bu cür hallardan qaçmaq üçün Parisə səfər etməmişdən 3 ay öncə qülləyə bilet almağınız məsləhətdi. Online olaraq qülləyə biletlər satılır . Biletlər yerli vaxtla 08:30 satışa çıxarılır və bir neçə saat ərzində bütün biletlər satılır.

Restoranlar
Qüllədə həmçinin çoxlu restoranlar da var. Lakin restoranlarda qiymətlər yetərincə bahadır. Qüllənin birinci mərtəbəsində yerləşən “58 Tour Eiffel” restoranın pəncərəsindən Sena çayına və Trokedora meydanına tamaşa etmək mükündür. 50 avro dəyərində olan nahara 3 cür yemək və içki daxildir. Menyuda dəniz məhsulları, trufel, quzu əti və tərəvəzlər, kartof püresi ilə lasos filesi və bir neçə cür şərab sifariş edə bilərsiz. Qiymətlərə gəlincə isə şampan, yüngül yemək və yeməkdən sonra çay və ya kofe üçün adambaşına 140 avro ödəməli olacaqsız. Qeyd edək ki, sifarişlər çox olduğundan, masanı öncədən sifariş etmək lazımdır.
“Le Jules Verne” restoranı qüllənin ikinci mərtəbəsində 124 metr hündürlükdə yerləşir. Restoranda bir porsiya lobster minumum 200 avroya başa gələcək.
“Champagne Bar”qüllənin 3-cü mərtəbəsində yerləşir. Burada 100 ml şampanın qiyməti 13-22 avro arasında dəyişir.

Qüllənin ölçüləri
Konstruksiyanın ümumi çəkisi -10100 tondur
Metallik karkasın çəkisi 7300 tondur
Qüllənin hündürlüyü əvvəllər 300.6 metr olub. Lakin 2010-cu ildə antena quraşdılmasından sonra hündürlük 324 metrəyə çatıb.
Qüllənin eni 125 metrdi.

Əgər Bakıdan Parisin Şarl de Qol hava limanına uçmaq istəsəz o zaman bir nəfərlik bilet üçün 656 manat ödəməli olacaqsız. Qeyd edək ki, bilet qiyməti 2017-ci il 1 fevral gediş 18 fevral qayıdış üçün nəzərdə tutulub.