Heydər Əliyev Mərkəzində - "KUKLA İNCƏSƏNƏTDƏ" SƏRGİSİ

Xəbərlər 20 Dekabr 2016 00:00 664
Heydər Əliyev Mərkəzində - "KUKLA İNCƏSƏNƏTDƏ" SƏRGİSİ

"Kukla incəsənətdə" sərgisi dekabrın 27-dən Heydər Əliyev Mərkəzində:
Heydər Əliyev Mərkəzində təqdim edilən “Kukla incəsənətdə” sərgisində nümayiş olunan 230 kukla ümumilikdə 400-dən çox əsərdən ibarət şəxsi kolleksiyanın nümunələrindəndir. Eksponatlar sırasında ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiya ilə yanaşı, Azərbaycanın tanınmış kuklaçı rəssamlarının da əl işləri yer alıb.
Əksəriyyəti beynəlxalq kukla festivalları və biennalelərində qalib olan bu incəsənət nümunələri Heydər Əliyev Mərkəzində bu günədək təqdim olunan sərgilər sırasında fərqli bir yer tutur. Əksər işlər tək nüsxə olaraq hazırlanıb və yüksək bədii dəyərə malikdir. 

OXŞAR XƏBƏRLƏR