Azərbaycanlı turistlərin ən çox üz tutduğu yerlərdən biri də Gürcüstanın paytaxtı Tiflis şəhəridir. Hər il yüzlərlə azərbaycanlı bu şəhərə üz tutur. Bəs Tiflisdə harada və neçəyə gecələmək olar? yəqinki bu sual Tiflisə səfər etməyə hazırlaşan hər bir kəsi düşündürür. Nəzərə alsaq ki, qarşıdan da Yeni İl bayramı gəlir. Onda Tiflisə gedəcək azərbaycanlı turistlərin sayında artım olacağını demək olar. Seyyah.az Tiflisdəki hostellərin xidmətləri və qiymətlərini təqdim edir.
“Leviathan Hostel”
Hostel Tiflis şəhərinin mərkəzində 200 metr Azadlıq meydanından aralıda yerləşir. Metro və avtobus dayanacaqları hostelin yaxınlığında yerləşir. Otaqların demək olar ki, hamısında vanna otaqları var. Hosteldə pulsuz wifi , ağ məhrəba və yataq dəsti verilir.
Hosteldə 24 saat fəaliyyət göstərən qeydiyyat xidməti və mühafizə xidməti fəaliyyət göstəririr. Hosteldə bir gün qalmaq adambaşına 5 dollardı.
“Squirrel Hostel Tbilis”
Hostel Tiflis şəhərində Azadlıq meydanından 100 metr aralıda yerləşir. Qonaq evi Tiflis hava limanından 17 kilometr aralıda yerləşir. Həmçinin hostel tərəfindən hava limanından transfer də həyata keçirilir. Otaqların hamısı kabel televiziyası ilə təchiz olunub. Hosteldə vanna otaqları ümumidir. Vanna otağı üçün lazım olan bütün əşyalar hostel tərəfindən pulsuz verilir. Pulsuz verilən əşyalar arasında fen də var. Qonaq evində turistlər üçün kirayə velosiped və avtomobil təklif olunur. Hostel 2016-cı ildən işə başlayıb. Qonaq evində cəmi 4 otaq var.
Qiymətlər
10 nəfərlik otaq -1 nəfər üçün – 6 dollar
6 nəfərlik otaq -1 nəfər üçün – 7 dollar
2 nəfərlik otaq -1 nəfər çün – 14 dollar
“Patio Hostel”
Hostel Tiflisdə Rustavelli teatrından 700 metr aralıda yerləşir. Tiflis Beynəlxalq Hava limanından isə 17 kilometr aralıda yerləşir. Hosteldə elə də uzun müddət fəaliyyət göstərməyib. Qonaq evi 2016-cı ildə işə başlayıb. Hostel 15 otaqdan ibarətdir.
Hosteldə wifi və avtobil dayanacağı və səhər yeməyi pulsuzdur.
Qiymətlər
8 nəfərlik otaq – 1 nəfər üçün – 6 dollar
2 nəfərlik otaq – 1 nəfər üçün – 13 dollar
“Apres Hostel”
Tiflisdə yerləşən əksər hostellər kimi “Apres Hostel”də Azadlıq meydanın yaxınlığında yerləşir. Bundan başqa hostel yaxınlığında Şota Rustavelli teatrı yerləşir. Hostel 2016-cı ildə işə başlayıb. Qonaq evi elə də böyük deyil. Hosteldə cəmi 6 otaq var. Qonaq evində pulsuz wifi var. Hosteldən dağlara mənzərə açılır.
Hosteldə otaqlar yalnız 6 nəfərlik otaqlardan ibarətdir.
6 nəfərlik otaq – 1 nəfər üçün -7 dollar
“Tbilisi Rooms Hostel”
Hostel şəhər mərkəzində yerləşir. Hosteldə pulsuz wifi var. Bütün otaqlarda kondisioner var. Vanna otaqları ümumidir. Hostelin yaxınlığında kafe və restoranlar olmasına baxmayaraq qonaqlar istəsə hostelin mətbəxində özləri üçün yemək hazlırlaya bilərlər. Hosteldə 24 saat qeydiyyat xidməti fəaliyyət göstərir. Bundan başqa avtobil dayanacağından istifadə də pulsuzdur. Qonaq evi 2014-cü ildən fəaliyyət göstərir . Hosteldə 5 otaq var. Əlavə ödənişlə hava limanından qarşılanma və hostelə qonağı gətirilmə xidməti də edilə bilər.
Qiymətlər
6 nəfərlik otaqda -1 nəfər üçün -8 dollar
9 nəfərlik otaqda – 1 nəfər üçün-10 dollar
2 nəfərlik otaq -1 nəfər üçün -29 dollar
Qeyd edək ki, hosteldə vanna otaqları ümumidir. Bundan başqa əlavə cüzi ödəniş etməklə paltaryuyan maşınından da istifadə etmək mümkündür.
“Pushkin 10 Hostel”
Hostel Azadlıq meydanından 300 metr aralıda yerləşir. Qonaq evi Tiflis dəmiryol vağzalından 8 kilometr aralıda yerləşir. Qonaqlar üçün kirayəyə avtomobil və velosiped xidməti təklif olunur. Hosteldə qonaqlar üçün səhərə yeməyinə pulsuz blinçik və çay verilir. Bundan başqa turistlər mətbəxdə istəklərinə uyğun olaraq yemək hazırlaya bilərlər. Hostel 2015-ci ildən fəaliyyət göstərir. Qonaq evində 18 otaq var.
Qiymətlər
4 nəfərlik otaq -1 nəfər üçün -9 dollar
8 nəfərlik otaq – 1nəfər çün -8 dollar
8 nəfərlik otaqlarda yalnız qadınlar və ya yalnız əks cinsin nümayəndələri də qala bilər.
4 nəfərlik otaq-1 nəfər çün -10 dollar
“Violet Hostel”
Hostel şəhərin mərkəzində yerləşir. Hostel ənənəvi olaraq Tiflis hostellərindən fərqli olaraq bir qədər böyükdür. Qonaq evində 30 otaq var. Hosteldə pulsuz səhər yeməyi wifi və avtodayanacaq təklif olunur.
8 nəfərlik otaq- 1 nəfər üçün-8 dollar
4 nəfərlik otaq – 1 nəfər üçün-9 dollar
2 nəfərlik otaq-1 nəfər üçün-18 dollar