Avropada sürətlə inkişaf edən - 10 TURİZM ŞƏHƏRİ

Xəbərlər 21 Dekabr 2016 00:00 687
Avropada sürətlə inkişaf edən - 10 TURİZM ŞƏHƏRİ

Dünyaca məşhur “TripAdvisor” şirkəti 2016-cı ildə Avropada sürətlə inkişaf edən ən turistik 10 şəhərin siyahısını açıqlayıb.

Seyyah.az-ın məlumatına görə, qiymətləndirmə zamanı müştərilərin otel, restoran və əyləncə xidmətləri ilə bağlı yazdığı şərhlər əsas götürülüb. Həmçinin şəhərlər üzrə otel və aviabilet rezervasiyaları da nəzərə alınıb.

 

Siyahıda ilk sırada İspaniyanın Las Palmas de Gran Kanariya şəhəri, ikinci yerdə isə Gürcüstanın paytaxtı Tbilisi qərarlaşıb. İlk üçlüyü İspaniyanın Malaqa şəhəri tamamlayıb.

 

2016-cı ildə Avropada sürətlə inkişaf edən ən turistik 10 şəhərin siyahısını təqdim edirik:

 

1. Las Palmas de Gran Kanariya, İspaniya

 

2. Tbilisi, Gürcüstan

 

3. Malaqa, İspaniya

 

4. Kiyev, Ukrayna

 

5. Kalininqrad, Rusiya

 

6. Vrotslav, Polşa

 

7. Bolonya, İtaliya

 

8. Faru, Portuqaliya

 

9. Buxarest, Rumıniya

 

10. Rotterdam, Hollandiya

 

 

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR