Four Seasons Hotel Baku-da aşbaz Marco Bax tərəfindən yemək bişirmə dərsləri təşkil edilir. Seyyah.az-ın məlumatına görə, hər ayın birinci çərşənbə axşamı saat 13:00-dan 15:00-a qədər eksklüziv olaraq 15 nəfərdən ibarət qonaqlar Prosecco şərabından və müxtəlif alkoqolsuz içkilərdən dada və mətbəxdə baş verən prosseslərin şahidi olub iştirak edə biləcəklər.
Yemək bişirmə dərslərinin növbəti menyusu Mozarella pendiri, badımcan, nanə və bibər sousu ilə ravioli, kobaçok ilə qızılbalığı olacaq. Məlumatda bildirilir ki, bir nəfər üçün qiymət 100 manat təşkil edəcək.