Azərbaycanda ilk dəfə dünyaca məşhur Tomato Festivalı keçiriləcək.
Seyyah.az-ın məlumatına görə, festivalın təşkilatçısı “S Group Production” dır. Festival 2017-ci il iyunun 24-də Bakıda baş tutacaq. Təşkilatçıların Feysbukda yaydığı məlumatda bildirilir ki, festivalda yalnız 14 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Həmçinin qeyd olunur ki, iştirakçılar yalnız ağ geyimdə olmalıdır.
Tezliklə isə festivalın biletləri satışa çıxarılacaq.
Eləcə də bax: Gəncədə "Şərab festivalı"nın açılışı olub
Mənbə: sey-yah.com