Moskvadan Bakıya uçan təyyarələr gecikib

Xəbərlər 21 Dekabr 2016 00:00 788
Moskvadan Bakıya uçan təyyarələr gecikib

Əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən aeroportlardan yerinə yetirilməli olan 50 reys təxirə salınıb və ya gecikir.

Seyyah.az xəbər verir ki, "Şeremeytevo" aeroportu 43 aviareysi təxirə salıb, 70 reys gecikir.

Qeyd edək ki, bu gün "Şeremetyevo" hava limanından Bakıya iki aviareys gecikmə ilə yerinə yetirilib. Səhər saat 08:10-da Bakıya enməli olan "KLM" və "Aeroflot" şirkətlərinin təyyarələri 08:48-də Bakıya enib.

"Domodedovo" aeroportu isə 10 reysi təxirə salıb, 26 reys gecikir.

 

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR