Bu ilin iyun ayından sentyabr ayına qədər Baku-Rodos marşrutu üzrə çarter aviareysi açılacaq. Bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas bildirib.
Onun sözlərinə görə, keçən il açılan Bakı-Afina-Bakı aviareysi bir sıra səbəblərdən səmərəli olmayıb.
Qeyd edək ki, Rodos ərazisinə görə Yunanıstanın dördüncü adasıdır.
Mənbə: APA