Qeyd etdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" sentyabr ayından elektron bilet sifarişi tətbiq edib.
Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini bu xidmətin köməyi ilə əldə etmək mümkündür.
Bəs, bu gəmilər hansı istiqamətdə üzür və xidməthaqqı neçəyədir?
Bu sualları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin istismar və kommersiya departamentinin mütəxəssisi Fuad Əliyevə ünvanladıq.
Onun sözlərinə görə, gəmilər iki istiqamətdə üzürlər: Aktau və Türkmənbaşı. Biletlərin qiymətləri istiqamətdən, biletin tək gedişi və yaxud gediş-gəlişli olmağından və daşımanın tipindən aslıdır.
Yük avtomobillərinin biletlərinin qiyməti onun uzunluğundan aslıdır. 1 metr – $65.
Məsələn standart TIR 16,5 metrdir. Onun Türkmənbaşı istiqamətində birtərəfli yolunun qiyməti $1072,5, ikitərəfli daşınmasl isə – $1716 təşkil edir.
Aktau istiqamətində birtərəfli $1200, ikitərəfli – $2100-dır.
F.Əliyev həmçinin onu da əlavə etdi ki, TIR sürücüsü üçün ayrıca biletə ehtiyyac yoxdur, Lakin ikinci sərnişin üçün bilet Türkmənbaşı istiqamətdə $60, Aktau istiqamətində $70 başa gələcək.
Əgər "sedan" avtomobili ilə gedirsinizsə Türkmənbaşı istiqamətində $200, Aktau – $300 təşkil edir. Qeyd edək ki, burada bir ya ikitərəfli olduğundan qiymət dəyişmir.
Yol orta hesabla 23 saat başa gəlir, lakin hava şəraitindən asıllı olaraq yol 2-3 gün çəkə bilər. Biletə yeməkpulu daxildir. Sərnişinlərin istirahəti üçün gəmidə 2,4,6 nəfərlik kayutalar mövcuddur.