Artıq Yeni İlə sayılı günlər qalıb. Bu isə odeməkdir ki, artıq bütün dünyada turistlər bayramı keçirəcəkləri yerlərə yeni il turpaketlərini alıblar. Lakin son zamanlar Almaniya və Türkiyədə baş verən terror hadisələri turistləri gedəcəkləri yerlər barədə düşünməyə vadar etməyə bilməz. Elə bu səbəbdən də Beynəlxalq İqtisadi form hər il ən təhlükəli və təhlükəsiz ölkələrin siyahısnı təqdim edir. Ölkələrin reytinqi ölkədə olan cinayətkarlıq terror hadisələri və zorakılıqların baş vermə sayına görə müəyyən edilir. Bütün bu göstəricilərə görə ölkələrə xallar verilir. Ən çox xal toplayan ölkə turistlər üçün ən təhlükəsiz ölkə sayılır. Ən təhlükəsiz ölkələrin sayı 20-dir. Siyahıya 6.7 xalla Finlandiya rəhbərlik edir. 2-ci pillədə isə 6.61 göstərici ilə Qatar 3-cü yerdə isə 6.6 xalla BƏƏ qərarlaşıb. Siyahının sonuncu 20-ci pilləsində isə Almaniya qərarlaşıb. Azərbaycan və eləcə də qonşularımız Rusiya, Gürcüstan da bu siyahıların heç birində yer almayıb.
Ən təhlükəli ölkələr arasında Nigeriya, Kolumbiya, Yəmən, Pakistan və Venesuelanın adları var.
Ümumi siyahı isə belədir:
1. Finlandiya-6.7
2. Qatar-6.61
3. BƏƏ-6.6
4. İslandiya-6.5
5. Avstriya-6.47
6. Lyuksemburq-6.46
7. Yeni Zelandiya-6.41
8. Sinqapur-6.4
9. Oman-6.38
10. Portuqaliya-6.33
11. İsveçrə-6.32
12. Honkonq-6.31
13. Avstraliya-6.24
14. Sloveniya-6.2
15. İrlandiya-6.18
16. Belçika-6.18
17. Niderland-6.16
18. Norveç-6.1
19. İsveç-6.1
20. Almaniya-6.06