Yeni ildə Nyu-Yorku hər kəs görə biləcək

Xəbərlər 22 Dekabr 2016 00:00 643
Yeni ildə Nyu-Yorku hər kəs görə biləcək

Google şirkəti Nyu-York mağazalarının Yeni il vitrinlərinə virtual tur etməyə imkan verən sayt buraxıb. Seyyah.az-ın verdiyi məlumata görə, Window Wonderland saytı istənilən internet-istifadəçisinə Nyu-Yorkun məşhur mağazalarına virtual tur etmək imkanı verəcək.

Nyu-Yorkda vitrinləri bayramqabağı təntənəli bəzətmək ənənəsi 150 ildir ki var və ildən ilə dizaynerlər rəqiblərini üstələmək üçün daha da kreativ ideyalar irəli sürür.

Bunu smartfon və ya kompyuterin köməyilə etmək mümkündür. Ümumilikdə saytda Louis Vuitton, Tiffany, Bloomingdale's, Burberry, Cartier də daxil olmaqla, 18 butikin bayram dekorasiyaları təqdim edilir. Fotolar slayder və panorama rejimi təqdim edilir. Bundan başqa, istifadəçilər mağazaların kreativ direktorlarının audio-bələdçilərinə qulaq asa bilər.

Keçidə keçərək siz meqapolisin 34-cü küçəsinə "Macy’s" univermaqı və yaxud 5-ci Avneyudakı "Tiffany & Co."ya "ayaq basmış" olursunuz. Hal-hazırda layihədə 18 mağaza və yüzlərlə əsl bayram şəkilləri iştirak edir.

OXŞAR XƏBƏRLƏR