Aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərinə, muzey və qoruqlara giriş pulsuz olacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Seyyah.az-a verilən məlumata görə, həmçinin aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Ermitaj muzeyinə virtual ekskursiya təşkil ediləcək.
Qeyd edək ki, 18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu günü 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası təsis edib.