Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Xəbərlər 22 Dekabr 2016 00:00 1356
Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftə başa çatmaq üzrədir. Bu isə o deməkdir ki, Fins.az ənənəvi olaraq oxucularına şənbə və bazar gününü xoş keçirmək üçün oxucularına tövsiyyə xarekterli məlumatı təqdim edir.  Qeyd edək ki, növbəti şənbə və bazar Yeni İl bayramına təsadüf etdiyindən bu həftə sonundan daha səmərəli faydalanmaq olar. Beləki bayram günlərində qonaq qəbul etmək və qonaq getmək kimi  məsələlər çox gümanki bir çoxlarının  başqa məkanlara getmək istəyinə mane ola bilər.

Şahdağ və Qəbələ-Tufandağ  istirahət komplekslərində qış mövsümü başladığından əksər turizm şirkətləri bu istiqamətlərə bir və ya iki günlük turlar təşkil edir. Həmçinin paytaxt sakinlərinin də bu istiqamətlərə marağı böyükdür. Odur ki, Seyyah.az turizm şirkətlərinin qış istirahət komplekslərinə təşkil etdiyi turaları təqdim edir.

“Şahdağ”

“Turda.Az” şirkəti  Şahdağa həm şənbə həm də bazar günü bir günlük tur təşkil edir. Tiura 06:30-da N.Nərimanov metrosunun qarşısından başlanılır. Tura nəqliyyat, səhər yeməyi və çay süfrəsi daxildir. Bundan başqa Şahdağda xizək və kanatdan istifadə edərək vaxtınızı şən keçirmək imkanı əldə edəcəksiz. Şahdağa turun  qiyməti 17 manatdır. Avtobusda oturacaq məşqul etməyən uşaqların iştirakı pulsuzdur. Şahdağda xizəkdən istifadəyə gəlincə isə limitsiz kanat və xizəkdən istifadə 40 manatdır. Amma istəyə və cibinizə uyğun olaraq xizəkdən və kanatdan limitsiz deyil sadəcə bir dəfə üçün istifadə də etmək olar. Bu zaman kanat üçün 6 manat ödəməli olacaqsız. Lakin yarım günlük xizəkdən istifadə  25 manatdır. Lakin yarım günlük xizək sifariş etsəz o zaman mütləqdi ki, 15 manatda kanat üçün ödəniş edəsiz.

“Qəbələ-Tufandağ”

Tufandağa da səfər 06:30-da N.Nərimanov metrosunun qarşısından başlanılacaq. Turun qiyməti 18 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, çay süfrəsi  daxildir. Tufandağda yarım gün xizəkdən istifadə limitisz kanatdan istifadə birlikdə 35 manatdır. Yalnız limitsiz kanatdan istifadə etmək isə 10 manatdır. Səfəri “Turda.Az” turizm şirkəti təşkil edir.

İstirahət üçün bir günün az olduğunu fikirləşənlər isə Qubaya təşkil olunan iki günlük turdan yararlana bilərlər.

“Quba Holiday Village Hotel”

Qubaya 1 gecə 2 günlük tur təşkil edən turizm şirkətlərindən biri də”Tar Travel”şirkətidir. Turun qiyməti 79 manatdır. Qiymətə nəqliyyat, 1 dəfə səhər yeməyi 1 dəfə də şam yeməyi daxildir. Bundan başqa karaoke, bilyard, tennis kortu və futbol meydançasından istifadə pulsuzdur. Otelin həyətyanı sahəsində metkartinq də var. Amma bu avtomobillərdən istifadə havaya uyğun olaraq təqdim olunur. Metkartinqdən 15 dəqiqə istifadə isə 10 manatdır.

Həftə sonlarını paytaxtdan uzaqda kemirmək istəməylər isə şəhərdə yerləşən əyləncə mərkəzlərinə baş çəkə bilərlər. Əgər əsl qarlı buzlu abu-havanı yaşamaq istəyirsizsə o zaman paytaxda olan buz meydançalarına başçəkə bilərsiz.

“Buz meydançaları”

Konki sürmək üçün "ICE” və "Megafun”a getmək olar.

 Qiymətlər:

"ICE” buz meydançasında 15 dəqiqə - 5 manat, 30 dəqiqə  - 8 manat, 1 saat - 15 manatdır.

"Megafun”da - 10 dəqiqə - 5 manat, 30 dəqiqə - 10 manat, 1 saat – 15 manatdır.

“Paintball”

Əgər dostlarınızla bir yerdə vaxt keçirmək istəyirsizsə o zaman komanda şəklində oynayılan Paintball meydançasında xoş vaxt keçirə bilərsiz. Bunun üçün  "Ulduz” metrosu yaxınlığında yerləşən meydançaya yollana bilərsiz. Bu oyun üçün komanda ən azı 10 nəfərdən ibarət olmalıdır. İştirak adambaşına 10 manatdır (Bu qiymətə 100 güllə, geyim və oyunun sonunda pulsuz çay daxildir).

"Soyuq Əllər, İsti Ürək” qış yarmarkası

Əgər siz heç bir qəpik belə xərcləmədən həftə sonu keçirmək istəyirsizsə o zaman artıq bir neçə ildir ki, Fontonlar Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında iştirak edə bilərsiz. Yarmarkada alış-veriş etmədən də gəzmək və satılan bir-birindən fərqli əşyalar və suvenirlərlə tanış olmaq olarA

OXŞAR XƏBƏRLƏR