Yeni İldə "Kreml"ə giriş məhdudlaşdırılacaq

Xəbərlər 23 Dekabr 2016 00:00 618
Yeni İldə "Kreml"ə giriş məhdudlaşdırılacaq

Qızıl Meydan Yeni il axşamı hamı üçün deyil, yalnız xüsusi dəvətnamələri olanlar üçün açıq olacaq. Moskva Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov RİA Novosti-yə bu barədə məlumat verib.

Onun sözlərinə görə, meydanda bayram şənliyi zamanı çəkilişlər aparılacaq.

V.Çernikov deyib: "Qızıl Meydan Yeni il axşamı bağlı olacaq, ora yalnız xüsusi dəvətnamə-biletlərlə daxil olmaq mümkün olacaq. Həmin axşam meydanda çəkilişlər aparılacaq. Meydana giriş dekabrın 31-də saat 15:00-da bağlanacq. Girişin açılması yanvarın 1-də olacaq, lakin dəqiqi saat hələ məlum deyil".

 

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR