"EcoLife” jurnalı tərəfindən, 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində “Azərbaycan turizm sektorunun inkişafı: imkanlar-problemlər-perspektivlər” mövzulu konfrans keçirilib. | |
“Ekspo” seminar salonunda keçirilən konfransa, Ali Bülent Kutvanın başçılığında, bir heyət Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm İnstitutunun Tədris işləri üzrə prorektoru Eldar Aslanov, özəl sektor təmsilçisi, “Millennium Tour” prezidenti Ruslan Quliyev və İtalya özəl sektorunu təmsil edən Lucio Perrone qatılıblar. Turizm Nazirliyini təmsil edən, konfransa qatılan Mahir Qəhrəmanov yaxın gələcəkdə Azərbaycana 5 milyon turistin gəlməsini hədəflədiklərini ifadə edərək, ölkəmizdə son dövrdə reallaşan turizm sektoruna qoyulan sərmayələrlə əlaqədar geniş məlumat verib. Turizm İnstitutunun Tədris işləri üzrə prorektoru Eldar Aslanov isə turizm sektorunda insan resurslarının əhəmiyyətini vurğulayaraq, yetişdirdikləri tələbələrin gələcəkdə Azərbaycanda xidmət sektorunun inkişafına ciddi töhfələrin olacağını bildirib. Konfransa Azərbaycanda özəl sektoru təmsil edən “Millennium Tour” prezidenti Ruslan Quliyev özəl sektorun yaşadığı problemləri dilə gətirərək, Azərbaycanın 5 milyon turist hədəfinə çatması üçün turizmlə əlaqədar bütün təşkilatların koordinasiyalı bir şəkildə fəaliyyətinin lazım olduğunu söyləyib. İtalyan təmsilçi Lucio Perrone konfransda etdiyi təqdimatda Azərbaycanda İtaliya turizm əlaqələrinin ümumi vəziyyəti və ediləcək işlərlə əlaqədar iştirakçılara geniş məlumat verdi. Çox sayda edilən çıxışların dinlənildiyi konfransda Azərbaycanda turizm sektorunun bu günü və gələcəyi müzakirə edilib. | |