Bakıda oteli bir günə “yoxa çıxartdılar” - FOTOLAR

Xəbərlər 24 Dekabr 2016 00:00 979
Bakıda oteli bir günə “yoxa çıxartdılar” - FOTOLAR

Dünən Bakıda söküntüsü başlayan “Araz” otel artıq yoxdur.

Seyyah.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 3 mərtəbəli otel Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə dünən günorta saatlarında söküntüsü başlanılıb, bu gün səhər saatlarında işlər başa çatıb.

Hazırda otelin qalıqları ərazidən daşınır.

Xatırladaq ki, söküntü zamanı ərazidə olan mer Hacıbala Abutalıbov bildirib ki, otelin sökülməsinə səbəb yolun genişləndirilməsidir.

Onu da qeyd edək ki, virtualaz.org saytı sökülən otelin Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsus olduğunu yazıb. Həmçinin, "Araz" mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyektin də həmin şəxsin mülkiyyəti olduğu qeyd edilir.

Bakıda oteli bir günə “yoxa çıxartdılar” - Fotolar

OXŞAR XƏBƏRLƏR