Otellərdə, müştərilərin bir azını istifadə etdikdən sonra yarısının qaldığı fərdi təmizlik vəsaitləri, başqa ölkələrdə gigiyena məhsulu ehtiyacı olanlara ümid ola bilərmi?
İngiltərədə Clean Conscience adlı kömək quruluşu, otellərdən bu məhsulları yığaraq geri çevirir və dünyanın dörd bir yanındakı qaçqınlara, qadın dərnəklərinə göndərir. Əvvəl otellərə boş seyflər verərək içinə müştərilərdən artıq qalan sabun və şampun kimi təmizlik vəsaitlərini doldurmalarını istədiklərini izah edən Clean Consciencedən Gwen Powell, aldıqları məhsulları əvvəl strelize etdiklərini söyləyir. Və ondan sonra könüllülər məhsulları növlərinə görə ayırır. Bidonlara toplanan şampunlar, İngiltərə və digər ölkələrdə ehtiyacı olanlara göndərilir. Əgər yaxşı bir məhsul çox az istifadə edilmişsə şüşəni tamamilə doldururlar və bu ‘yeni’ məhsul satılması ya da ehtiyacı olanlara verilməsi üçün başqa kömək quruluşlarına göndərilir. Toplanan qatı sabunlar da kiçik parçalara bölünərək bir qismi yenidən sabun qəlibi edilir, bir qisimi də toz olaraq buraxılır. Toz halında buraxılan bu sabunların bir qismini Sierra Leone-də bir qadın dərnəyinə göndərirlər. Oradakı qadınlar bunlarla paltarlarını yuyurlar. Seyyah.az olaraq bu tətbiqin Azərbaycandakı otellərdə də tətbiq olunmasını diləyirik…
Mənbə: turistokrat