Qafqazda ilk “Snow Tubing” işə düşdü – QİYMƏTLƏR

Xəbərlər 26 Dekabr 2016 00:00 1570
Qafqazda ilk “Snow Tubing” işə düşdü – QİYMƏTLƏR

Qış turizmi sahəsində daha bir istiqamət açıldı. Bundan sonra Qaxda "İlisu Snow Tubing Park" qış-yay turizm kompleksi  tam gücü ilə yerli və əcnəbi turistləri qəbul edəcək.

Seyyah.az xəbər verir ki, “İntourist travel” şirkətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və “Sinam” MMC-nin dəstəyi ilə yeni turizm mərkəzinə infotur təşkil olundu. Turun məqsədi turizm şirkətinin və media nümayəndələrinin adı çəkilən bölgənin otelləri ilə yaxından tanış etmək idi.

Qeyd edək ki, Qax-İlisuda  Yaşıl park , İlisu pansionatı, “El-Resort Hotel”, “Səngər Qala” və “Residence Hotel” və istirahət mərkəzləri fəaliyyət göstərir.

Qiymətlər

“İntourist travel”in icraçı direktoru Lətifə Əliyevanın sözlərinə görə, Qax-İlisuya təşkil olunan tur paketlərin qiyməti 89-99 manatdır. Bu qiymətə “Yaşıl park” və “İlisu pansionat”ında 1 gecə 2 gün qalmaq avtobusla adıçəkilə istirahət mərkəzinə Bakıdan getmək və geri qayıtmaq, eləcə də 2 dəfə səhər 1 dəfə günorta və 1 dəfə axşam yeməyi daxildir. Həmçinin, bu  qiymətə Qafqazda ilk dəfədir istifadəyə verilən “Snow Tubing” əyləncə mərkəzindən istifadə də daxildir.

99 manatlıq səyahət paketinə isə Qax-İlisuda yerləşən 5 ulduzlu “El Resort”, “Səngər Qala” və “Residence” otellərdə 1 gecə 2 gün qalmaq mümkündür. Həmçinin, bu qiymətə Bakıdan Qaxa avtobusla getmə və geri qayıtma daxildir.

Hər iki tur paketə “Səngər bulaq”, “Ulu körpü”, “Qax bazarı” və “Simurq Qala”ya ekskursiya daxildir.

Qeyd edək ki, ərazidə yerləşən istirahət mərkəzləri yeni fəaliyyətə başlayıb. Təkcə 5 ulduzlu “El Resort” oteldən başqa . Bu otel artıq 5 ildiki fəaliyyət göstərir.

Qaxda kənd evləri

Ərazidə otellərdən başqa 5 ədəd kənd evi də fəaliyyət göstərir. Turistlərə təqdim edilən evlərdə yalnız turistlər gecələyir. Bu cür evlərdə maksimum 4 nəfər yerləşə bilər. Bu  evlərin qiyməti isə bir gün üçün 30-60 manat arasında dəyişir. Qiymətə yalnız evlərdə gecələmə daxildir.

“Snow Tubing”

“Snow Tubing” əyləncə kompleksi Qafqaz regionunda bir ilkdir. Komlkesin ərazisi 4 hektardan böyükdür. Kompleksdə 5 sürüşmə zolağı var. Sürüşmə zolaqlarından 3-ü böyüklər üçündür. Ən uzun sürüşmə zolağının məsafəsi 150 metrdir.

Bu zolaq peşəkarlar üçün nəzərdə tutulub. Digər zolaqların uzunluğu isə 100 və 72 metrdir. Yaxın gələcəkdə kompleksin ərazisində kəndlilərin öz məhsullarının satışını həyata keçirmək üçün yarmarkalar da təşkil olunacaq. Bundan başqa, ərazidə fast-fudların verilməsi də nəzərdə tutulub.

 

Əgər yuxarıda sadalan tur paketlərdən istifadə etmədən kompleksə daxil olmaq istəsəz, bu zaman adambaşına 35 manat ödəməli olacaqsız. Gələcəkdə ərazidə kanat və xizək xidmətlərinin olacağıda istisna edilmir.

OXŞAR XƏBƏRLƏR