Turistlər üçün “ağıllı” ayaqqabı - VİDEO

Xəbərlər 26 Dekabr 2016 00:00 746
Turistlər üçün “ağıllı” ayaqqabı - VİDEO

Britaniyanın EasyJet aviaşirkəti turistlər üçün qeyri-adi ayaqqabı hazırlayıb. Seyyah.az-ın verdiyi məlumata görə, Sneakair ilə yad şəhərlərdə asanlıqla olduğun yerin səmtini müəyyən etmək olacaq.

Ayaqqabı Bluetooth vasitəsilə smatfona xüsusi tətbiqetmə ilə bağlanan çiplərlə təchiz edilib. Turist proqrama istədiyi marşrutu daxil etməlidir, daha sonra isə ayaqqabının sağ və ya sol tayındakı sensorlar insana hansı tərəfə dönmək lazım olduğunu bildirərək, vibrasiya edəcək. Bu texnologiya səyahətçilərə hər dəqiqə xəritə və smartfonla yoxlamadan yad şəhərdə gəzməyə imkan verəcək.

 

Ağıllı ayaqqabını artıq Barselonada test ediblər. EasyJet-də gələcəkdə belə tufliləri sərnişinlərə satmağı planlaşdırırlar.

OXŞAR XƏBƏRLƏR