Restoran Şəkidə bazarın yaxınlığında yerləşir. “Gənclik” adlı restoranda bir neçə il bundan qabaq dünya şöhrətli fransalı aktyor Jerard Depardiye qonaq olub. O restoranda əsl Şəki pitisinin dadına baxıb. Hazırda məşhur aktyorun piti yediyi dobu da restoranda xoş xatirə olaraq saxlanılır. Reastoran sahibinin sözlərinə görə restorona gələn xarici qonaqlar məşhur aktyorun bu restoranda olmasını böyük maraqla qarşılayırlar. Sahibkarın sözlərinə görə hətta restorana məhz Jerard Depardiyenin qonaq olduğu üçün gələn əcnəbilər də olub.
Restoranda milli yeməklərlə yanaşı Avropa mətbəxindən olan yeməklər də verilir. “Gənclik” restoranı iki mərtəbəlidir. Restoranın birinci mərtəbəsində hamı qonaq ola bilər. Amma ikinci mərtəbə yalnız xanımlar və cütlüklər üçün nəzərdə tutulub.