Avropalıların Milad ənənələri

Xəbərlər 27 Dekabr 2016 00:00 1712
Avropalıların Milad ənənələri

Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Bayram ənənələri müxtəlif ölkələrdə  xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşıb. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan  Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, kimi bu bayramda personajlar olur. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərək, canlanma və inkişafa səbəb olur. Hazırda qədimdən bu günə kimi Avropa xalqlarının Milad adət-ənənələri nəsildən nəsilə keçirilərək bu günlərə gəlib çıxıb. Turizm.fins.az avropalıların Milad ənənələrini təqdim edir.

Rumıniya- “Qoyun Karpa"

 

Rumıniyanın bir çox yerlərində bir nəfərin rəngbərəng maska taxıb qoyun donunda Milad himni oxuyanlara qoşulması ənənənəsi vardır. Qoyun "Karpa" kimi tanınır və çoxlu xətəkarlıqlar edərək insanların ətrafında rəqs edir

Portuqaliya-Oğlanların festivalı

 

Portuqaliyalıların Milad bayramı ilə bağlı bir çox adət-ənənələri var. Onlardan biri də“Oğlanların Festivalı”dır. Portuqaliyanın regionlarında ən simvolik Milad ənənələrindən biridir və Portuqaliyanın şimal şəhərlərdən biri olan Braqançanin mədəniyyət simvoludur. Qədim zamanlarda Günəşə sitayiş məqsədi güdürdü. Xristianlıqdan sonra Külsə bu ənənəni qəbul etmişdir. Dekabr ayının əvvəllərindən gənc oğlanlar hər gecə kəndin küçələrində dolaşır və tuluq zurnası ilə Festivalın başladığını elan edirlər. 24 dekabrda sübh saatlarında kobud materialdan tikilmiş paltarda, taxta maskada, bellərində inək zınqırovu ilə küçələrdə dolaşıb, tuluq zurnasında çalır, qədim nəğmələr oxuyur və kilsə üçün pul yığırlar. Sonra 16 yaşdan yuxarı maska taxmış gənclər evdən evə gedib yemək tələb edirlər. Bundan sonra kənd sakinlərini, əsasən qadın və uşaqları qorxutmaq üçün strateji mövqelər tutub, sakinləri kənd meydanına gəlməyə və hər kəsə Yeni İl arzularını diləməyə məcbur edirlər. Oğlanlar il ərzində baş vermiş ən mühüm hadisələrə dair istehzalı şərhlər edirlər. Festival 6 yanvar tarixinədək davam edir.

Polşa-"Roraty"

 

Polşada günəş doğmazdan əvvəl sübh saatlarında "Roraty" adlı xüsusi messalar keçirmək ənənəsi var. Bu messalar Cəbrayıl adlı mələkdən gözəl xəbərlər alan Məryəm anaya həsr olunur.

Hollandiya-“Qara Pit”

 

Hollandiyada uşaqlar üçün ən mühüm gün 5 dekabrdır. Həmin gün Sinterklaas onlara hədiyyə gətirir. Sinterklaas öz xidmətçisi 'Zwarte Pieten' Qara Pit ilə səyahət edir. Uşaqlara deyilir ki, Zwarte Pieten onların keçən ilki bütün əməllərini böyük kitaba yazır. Yaxşı uşaqlar Sinterklaasdan hədiyyə alacaq, pis uşaqları isə Zwarte Pieten torbaya qoyub, bir illik İspaniyaya aparacaq və onlara özlərini yaxşı aparmağı öyrədəcək!

Malta-“Il-Milied it-Tajjeb”

 

Milad Gecəsinin ən qədim adətlərindən biri kilsədə uşağın moizə oxumasıdır. Gecə messasında keşişi əvəz edəcək və moizə oxuyacaq 7-10 yaşlı qız və ya oğlan seçilir. Milad Gününədək uşağın valideynləri, qardaş-bacıları ona nitqi səlist öyrənməsinə yardım edir. Milad Gecəsi kilsəyə gələn hər kəs bu xüsusi ifanı səbirsizliklə gözləyir. Uşağın bu vəzifəyə seçilməsi onun həyatında baş verən mühüm hadisəyə çevrilir.

Lüksemburq-“Schei Kreschtdeeg”

 

Gecə uşaqlar ayaqqabı tayının birini qapının önündə qoyur (ayaqqabı nə qədər böyük olsa bir o qədər yaxşıdır), yuxudan oyandıqda isə onun hədiyyələrlə dolu olduğunu görürlər. Əlbəttə ki, valideynlər özlərini bilməməzliyə qoyub, hədiyyələrin onlara Santa Nikolasın gətirdiyini söyləyirlər.

Litva-Linksmu Kaludu

 

Litvada ənənəvi olaraq samandan dekorasiya məqsədləri ilə istifadə edilir. Adətən Milad gecəsi masanın üstünə saman çöpləri qoyulur. Sonradan masa ağ və təmiz örtüklə örtülür. Masa şamlar və şam ağacının kiçik budaqları ilə bəzədilir. Saman insanlara axurda yatan körpə İsanı xatırladır. Belə inanc vardır ki, masa örtüyünün altından çıxardığın saman çöpü uzun olarsa həyatın uzun, qısa olarsa qısa olacaqdır. Saman çöpü qalın olarsa, o zaman zəngin və xoşbəxt həyat sürəcəksən!

Latviya-“Priecigus Ziemassv-tkus”

 

Latviya iddia edir ki, Milad ağacının vətəni sayılır. 1510-cu ildə Milad axşamı və Yeni İldə Latviyanın paytaxtı Riqada şəhər meydanında şam ağacı qurulub. Şam ağacının bu məqsədlə qurulması ilk dəfə o zaman sənədlə təsdiq olunub. Çox adam Milad Ağacının ilk dəfə Almaniyada qurulduğunu zənn edir, amma bu hadisə ilk dəfə Latiyada qeydə alınıb.

İtaliya-“Buon Natale”

 

İtaliyada Milad bayramında İsa Məsihin dünyaya gəlməsi səhnəsinin (Krib səhnəsi) qurulması və ya canlandırılması çox yayılıb. 1223-cü ildə Assizli Müqəddəs Fransisko bu səhnənin canlandırılmasını ənənəyə çevirib. İtaliyada bir çox ailədə Krib guşəsi var.

İrlandiya-“Nollaig Shona Dhuit”

 

İrlandiyada qədim adətə görə Milad axşamı bəzi evlərdə insanlar ən böyük pəncərənin qarşısında hündür və qalın şam yandırırlar. Bütün gecə yanan şam sığınacaq tapmaq üçün səfərə çıxmış Məryəm anayla Yusifi qarşılamaq mənasını verir.

Macarıstan-Kellemes karácsonyi ünnepeket!

 

Macarıstanda Milad ağacını böyüklər uşaqlar olmayanda özləri bəzəyirlər. Uşaqlar gəlib ağacı görəndə çox heyrətlənir. Böyüklər ağacı onlar üçün mələklərin gətirdiyini söyləyirlər.

OXŞAR XƏBƏRLƏR