BBC agentliyi dünyanın ən gözəl tavanlarının siyahısını tərtib edib. Siyahıya Heydər Əliyev Mərkəzinin Auditorium zalı da daxil edilib.
Müəlliflər siyahıya Böyük Britaniyada İli kilsəsini, Stokholmdakı Solnaya-sentrum metro stansiyasını, Nyu-Yorkdakı mərkəzi vağzalı, Yocu-qundakı (Cənubi Koreya) "Doqquz körpü" qolf-klubunu, Venesiyadakı San-Pantalon kilsəsini, Bakıdakı Heydər Əliyev mərkəzini, Pekindəki Səma Məbədinin dua zalını, Londondakı Müqəddəs Stefan kilsəsini, Toskanadakı Sammetsano qəsrini və İrandakı İmam məscidini daxil edir. Bu tavanlar tikilinin ayrılmaz hissəsi olmaqdan əlavə, həm də diqqətəlayiq əsl incəsənət əsərləridir.









Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/d-nyan-n-n-g-z-l-tavanlar.html