Azərbaycanda 241 turizm şirkəti fəaliyyət göstərir

Xəbərlər 8 Aprel 2014 00:00 1425
Azərbaycanda 241 turizm şirkəti fəaliyyət göstərir

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm şirkətlərinin sayını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hazırda respublikada 241 turizm şirkəti fəaliyyət göstərir.

Ötən il 53 hüquqi və fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Ötən il "Bona Mente Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "A.Q.Horizont" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Riad Tour" Məhdud Məsuliyyətli Cəmiyyətinə turizm fəaliyyəti üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.

Trend

OXŞAR XƏBƏRLƏR