Aviaşirkət intizamsız sərnişinlərə elektroşok verəcək

Xəbərlər 28 Dekabr 2016 00:00 791
Aviaşirkət intizamsız sərnişinlərə elektroşok verəcək

Cənubi Koreya aviaşirkəti "Korean Air" itaətsiz sərnişinləri ram etmək və təyyarə göyərtəsində insidentlərin qarşısını almaqdan ötrü elektroşokerlər istifadə edəcək.

Seyyah.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, şirkət bu üsüla yalnız sərnişinlərin və ekipajın həyatına təhdid zamanı və uçuşların təhlükəsizliyi naminə əl atacaq.

 

Aviaşirkətin məlumatına əsasən, 2014-cü ildə  uçuş zamanı 354 insident qeydə alınıb, bu da öncəki illə müqayisədə 74% daha çoxdur. 2013-cü ildə 203 hall, 2012-ci ildə 191 halda sərnişinlər aviyareyslər zamanı narahatçılığa səbəb olub. Keçən il isə "Korean Air" uçuş zamanı sərxoşluq səbəbiylə zorakılıqla nəticələnən mübahisə və siqaret qadağasının pozulması ilə bağlı 381 insident qeydə alıb.

Mənbə: fins

OXŞAR XƏBƏRLƏR