Azərbaycan vətəndaşları Serbiyaya vizasiz gedəcək

Xəbərlər 28 Dekabr 2016 00:00 787
Azərbaycan vətəndaşları Serbiyaya vizasiz gedəcək

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək.

Bununla bağlı xarici işlər naziri İvitsa Daçiçin iştirakı ilə keçirilən görüşdə ümumvətəndaş pasporta malik Azərbaycan, Ermənistan və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlamaq barədə qərar qəbul edilib.

Əsas məqsəd ikitərəfli siyasi əlaqələri inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək, iqtisadi və turizm əlaqələrini inkişaf etdirməkdir.

 

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR