Bu günə qədər Bakı barədə bir neçə siyahı dərc etmişdik. Bu dəfə isə Bakıda Xüsusi Atmosferi İlə Fərqlənən 10 Maraqlı Məkan siyahısının davamını dərc edirik. Şəhərdə xoş vaxt keçirə biləcəyiniz yerləri tanıtmağa davam edirik.
1. Beer Station

Şəhərin yeni açılan yerlərindən biri Beer Station pivə içmək üçün şəhərin ən rahat məkanlarından biridir. Bunun üstünə içki ruleti kimi əyləncələr qatanda daha da maraqlı yerə çevrilir.
2. Hard Rock Cafe

Amerikanın məşhur Hard Rock Kafe’si nəhayət Bakıya da gəlib çatdı. Keçmiş Azərbaycan kinoteatrının yerində açılan kafe menyusu, kokteylləri, canlı musiqisi ilə şəhərin ən əyləncəli yerlərindən biridir.
3. Hops

Siyahımızda yeni açılan məkanların biri də Hops’dur. İrland pubları tərzində olan məkan da tez-tez canlı musiqi ifası da var.
4. Kefli

Bakının ilk vinobarlarından “Kefli” keçən il şəhərin mərkəzində açıldı. Şərab içmək üçün gedə biləcəyiniz yerlərdən biridir.
5. Compass

Sahil metrosunun yaxınlığında yerləşən Compass pivəsi və yeməkləri ilə dostlarla yığışmaq üçün şəhərin ən rahat məkanları arasındadır.
6. R&B Cafe

Nərimanov meydanında yerləşən R&B Cafe siyahıda qəlyan təklif edən yeganə məkandır. Bunun yanında geniş içki menyusu, günortalar biznes lanç ilə günün bütün saatlarında gedə biləcəyiniz yerlərdəndir.
7. 1953 Kafe

Şəhərin mərkəzində, Fəvvarələr meydanında yerləşən kafenin menyusu və rəngli interfeysi ilə Bakının yeni məkanlarından biridir. Görüş yeri üçün şəhərin ən gözəl məkanlarından biridir.
8. Cofee Moffie

Özünüzü “Friends” serialında hiss edəcəyiniz, şəhərin rəngli və sakit kafelərindən biridir. Coffie Moffie də yeni açılan məkanlardan biridir.
9. Qramafon Kafe

İki ilə yaxındır fəaliyyət göstərən Qramafon gecə həyatının rəngli yaşandığı yerlərdən biridir. Tez-tez event’lər də təşkil edən Qramafon da şəhərin mərkəzində yerləşir.
10. Phoenix Pub

Daha çox Bakıda yaşayan xarici vətəndaşların toplaşdığı məkanlardan biri olan Phoenix xoş aurası və həftəsonları canlı musiqisi ilə gediləsi məkanlar arasındadır. Qiymətlər biraz baha olsa da gedilməli məkanlar arasındadır.
Mənbə: Pahoo.az