Avropa şəhərləri arasında ən yaxşı Yeni İl yarmarkası təşkil olunan şəhər bəlli olub.Seyyah.az-ın “European Best Destinations”portalına istinadən verdiyi məlumtata görə bu Xorvatiyanın paytaxtı Zaqreb şəhəridir. Qeyd edək ki, Zaqreb bu adı artıq ardıcıl olaraq ikinci ildiki qazanır. Zaqrebdə Yeni İl yarmarkaları üçün dünyanın dörd bir yanından turistlər gəlir. Şəhərin bayram yarmarkaları olduqca məşhurdur. Beləki portalın təşkil etdiyi səsvermədə 34 min turist Zarqebə səs verib. Ümumilikdə səsvermə 20 Avropa şəhəri arasında keçirilib.