Artıq iş həftəsi başa çatmaqla yanaşı 2016-cı ildə yekunlaşır. Bəs bayram günlərini harada və necə xoş və mənalı keçirmək olar. Bu barədə Seyyah.az oxucularına kömək etməyə çalışacaq.
“Şahdağ-Tufandağ”
Turu “Gerso travel” təşkil edir. Tur şənbə bazar günləri ilə yanaşı 2017-cı ilin yanvarın 1-dən 8-kimi təşkil olunacaq. Tura daxildir: nəqliyyat, səhər yeməyi, xizəklərin qabaqcadan rezervasiya edilməsi, tur rəhbər, şirniyyatla çay süfrəsi, fotosessiya, Şahdağ kompleksinə pulsuz giriş, bundan başqa əyləncəli oyunlar, səhnəciklər, canlı gitara ifası, karaoke və s. Turun qiyməti 17 manatdır.
“Qəbələ-Tufandağ”
“Gerso travel”in təşkil etdiyi növbəti tur “Qəbələ-Tufandağ” kompleksinədir. Tufandağ kopleksinə turlar şənbə və bazar günü ilə yanaşı 2017-cı ilin yanvar ayının 1-dən 8-nə kimi həyata keçirilir. Tura daxildir: nəqliyyat, səhər yeməyi ,xizəklərin qabaqcadan rezervasiya edilməsi, tur rəhbər, şirniyyatla çay süfrəsi, fotosessiya, Tufandağ kompleksinə pulsuz giriş bundan başqa əyləncəli oyunlar, səhnəciklər, canlı gitara ifası ,karaoke və s. Turun qiyməti 18 manatdır.
Bundan başqa “Gerso travel”in təşkil etdiyi turlarda həm xarici həm də yerli turistlər özlərini gedəcəkləri yerdə baş verəcək hər hansı bir sığorta hadisəsindən sığortalaya biləcəklər. “Gerso”dan qeydiyyatdan keçən hər bir turist 2000 manata qədər təminatlı könüllü tibbi sığorta əldə edəcək.
“Qobustan”
Let’s Gobustan – Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Ekskursiya və Kütləvi Tədbirlər şöbəsinin əyləncəli təlim layihəsidir. Lahiyəyə fərdi və ailəvi şəkildə qatılmaq olar. Tur zamanı Qobustan qoruğunun təbii və tarixi yerləri ilə tanış olmaq imkanı əldə etmiş olacaqsız. Bundan başqa Labirint sirri – qədim bayramlarının rekonstruksiyası, Böyükdaş Köhnə Sovet karyeri və dağın içiylə keçən tunel, Kiçikdaş mağarası – ibtidai insanların məskəni,Tarixdən əvvəlki müqəddəs qurbangahlar və məbədlər, Qədim sığınacaqlar – meditasiya yerləri,palçıq vulkanları, Cingirdağ/Yazılı təpə - Qobustan petroqliflərinin ən böyük kolleksiyalarından biri Piknik və tonqal (UNESCO tərəfindən mühafizə edilən Milli Qoruq ərazisindən kənar yerlərdə) kimi yerlərlə tanış ola bilmək şansı qazanmış olacaqsız. Həmçinin tur iştirakçıları çay süfrəsi və köz üstündə hazırlanmış axşam yeməyinə də qonaq olacaq. Turun qiyməti 40 manatdır. Tur yanvarın 3 səhər saat 11-də Səməd Vurğun parkından başlayacaq. Axşam saat 18-də isə tur Bakıya qayıtmaqla başa çatacaq.
“Gürcüstan turu”
“Baku Travel-Tourizm” Yeni İlin ilk günü, yanvarın 1-i Gürcüstana tur təşkil edir. Turun müddəti 2 gecə 3 gündür. Avtobusla təşkil olunan tur zamanı Tiflis – Mtsxeta – Bakuriani-ni gəzmək şansı əldə etmiş olacaqsız. Yerləşdirilmə Tiflisdə “444” adlı oteldə olacaq. Turun qiyməti 100 dollardı. Qiymətə daxildir:Tur boyu xidmət göstərən transfer(avtobus), yolboyu çay kofe, canlı musiqi, oteldə 2 gecə gecələmə, səhər yeməyi, Tiflisdə şəhər ekskursiyası, Bakurianidə gəzinti, kanat yolu və xizək meydançası, Mtsxeta gəzinti, pulsuz fotosessiya, belədçi xidməti.
“İsmayıllı-Qəbələ”
“Baku Travel-Tourizm” 1-2 yanvar tarixlərində İsmayıllı və Qəbələyə tur təşkil edir. Tura daxildir;Avtobus, Ismayilli-Green house otelində qalmaq, 2 dəfə səhər, 2 dəfə nahar, 1 dəfə şam yeməyi, Nohurgöl Tufandağ kompleksində çay süfrəsi, fotosessiya . Tura yanvarın 1-i səhər saat 10:00-da Gənclik metrosunun qarşısından toplaşmaqla başlanılacaq. Tur 2 yanvar 22:00-da Bakiya qayıtmaqla başa çatacaq. Turun qiyməti 85 manatdır.