Turistlər üçün ən ucuz şəhərlər – SİYAHI

Xəbərlər 30 Dekabr 2016 00:00 1293
Turistlər üçün ən ucuz şəhərlər – SİYAHI

Turistlərin  səyahət edib ən az  pul xərcləyəcəyi  şəhərin adı məlum  olub. Araşdırma bütün dünya ölkələrinin şəhərləri arasında aparılıb.

Seyyah.az –ın “Business İnsider”ə istinadən verdiyi məlumata görə, bu Ukraynanın Lvov şəhəridir. Dərginin apardığı araşdırmalara əsasən, Lvovda  axşam yeməyi üçün iki nəfər 5 dollara restoranda yemək yeyə bilərlər. Bu şəhərdə otellərin birində gecələmək isə turistə cəmi 25 dollara başa gəlir. Taksi ilə 1 kilometr məsafə qət etmək üçün  cəmi 0.5 dollar xərcləmək lazımdır.

Turistlər üçün ən ucuz şəhər sıralamasında ikinci yerdə isə Kosovadakı  Priştina şəhəri yer alır. Üçlüyü  Bolqariyanın Sofiya şəhəri tamamlayır

 

Reytinq sıralaması ümumilikdə 12 şəhərdən ibarətdir. Sıralamanın ən son pilləsində isə Çilinin Valparaiso liman şəhəri yer alır.

OXŞAR XƏBƏRLƏR