Paris küçələrində çəkilmiş - 5 UNUDULMAZ FİLM

Xəbərlər 30 Dekabr 2016 00:00 1176
Paris küçələrində çəkilmiş - 5 UNUDULMAZ FİLM

Parisdə film çəkməyi hər bir rejissor arzulayır. Bu şəhərin küçələrindəki romantika və şarm hər kəsi ilhamlandırmağa bəs edəcək dərəcədədir. Biz də bu gün sizə, Parisdə fransız rejissorları deyil, xarici rejissorlar tərəfindən çəkilmiş 5 ən gözəl filmi təqdim edirik. Bunlardan birini seçin, yerinizi rahatlayın və “play” düyməsinə basaraq, Parisin romantikasından həzz alın.

1. The Dreamers

Paris

1. The DreamersGənc amerikalı tələbə Maykl Pitt Parisə gəlir və burada bacı-qardaş ilə tanış olub, dostlaşır. İlk zamanlarda onları kinomatoqrafiyaya olan ümumi ehtiras bir-birilərinə bağlasa da, daha sonra bu üçlüyün münasibətləri daha qarışıq forma alır. Sakit olmayan 1968-ci illərin Parisi fonunda Bernardo Bertolucci elə bir film çəkməyi bacarıb ki, həmin dövrün bütün qızğın atmosferini filmin tamaşaçılarına çatdırıb. Filmdə şəhərin mərkəzi küçələriylə yanaşı, Lüvr müzeyini də görmək mümkündür. Bu filmdə baş rolu Leonardo Dicaprio oynamalı olsa da, digər layihələrlə məşğul olduğu üçün, aktyor filmdə çəkilməkdən imtina etməli olmuşdu.

2. “Midnigth In Paris”

Midnight In Paris ile ilgili görsel sonucu

2. “Midnigth In Paris”Heç niyə məhz indi, 100 və ya 200 il əvvəl doğulmadığınız üçün təəssüf hissi keçirdiyiniz olub? Bu filmin baş qəhrəmanı amerikalı yazıçı əmindir ki, onun yeri ötən əsrin 20-ci illərindədir. Bir gecə Parisdə gəzərlən, o keçmişə gedir və özünü bidən-birə Heminguey, Fidgerald, Dali, Picasso və bu kimi digər dahilərin ətrafında tapır. Pablo Picasso’nun sevgilisi Adriana’ya vurulan baş qəhrəmanımız bu xanıma görə lap ağlını itirir.                                                                                                             Woody Allen bu filmdə şəhərin ən gözəl yerlərini çəkərək, hər birimizi yenidən Parisə aşiq etməyi bacarıb. Bu film demək olar ki, bütün mümkün kateqoriyalar üzrə Oskar namizədi oldu və ən yaxşı ssenari nominasiyasında qalib elan edildi.

3. “Code Da Vinci”

Code Da Vinci ile ilgili görsel sonucu

3. “Code Da Vinci”Bu məşhur əsərə çəkilmiş filmin çəkilişləri Tom Hanks və Audrey Tautou’nun baş rollarda ifaları ilə Parisin unikal məkanlarında baş tutmuşdur. Lüvr muzeyində çəkiliş üçün icazə almağı bacaran rejissorlara böyük əhsən düşür, baxmayaraq ki, filmdə gördüyümüz Mona Lisa həqiqi rəsm deyil. Filmdə şəhərin məşhur məkanları – Monmarts, Sen çayının sahilləri, Vandom meydanı və sair bu kimi məkanları görmək mümkündür. Bu filmi də təkcə Parisdə çəkilmiş deyil, həm də Paris haqqında çəkilmiş film hesab edirlər. Çünki burada Parisdə olan xırda detalları da görə bilirik.

4. “Before sunset”

Before sunset ile ilgili görsel sonucu

4. “Before sunset”Təsadüf nəticəsində tanış olmuş qadın və kişinin münasibətlərindən danışan bu trilogiyanın ikinci hissəsi Paris küçələrində çəkilib. Aktyorların mükəmməl ifasına baxmayaraq, filmdə ən böyük rolu məhz Paris küçələrinin gözəlliyi oynayıb. Qəhrəmanlar kinomatoqrafiyada çox da istifadə edilməmiş unikal küçələrdə gəzir, kitab mağazaları və bukinistlərə gedir və bizi Parisdə virtual səyahətə sövq edirlər.

Film 15 gün ərzində çəkilsə də, bu Parisin bütün gözəlliyini göstərməyə nail olmaq üçün kifayət edib. Filmin çəkilişində xüsusi təşəkkür mükəmməl işinə görə operatora düşür.

5. “Paris, I Love You!”

Paris, I Love You film ile ilgili görsel sonucu

5. “Paris, I Love You!”Parisdən danışırıqsa, bu filmin adını çəkməmək qeyri-mümkündür. Sen çayının ətrafındakı şəhərciklərdə baş verən xırda şedevr kimi hekayələrə həsr edilmiş bu film xüsusilə diqqətəlayiqdir. Parisə sevgisini birdən-birə 22 rejissor etiraf edir və neçə-neçə məşhur aktyorlar da filmdə rol alıb. Olduqca fərqli və gözəl filmdir.

Mənbə: pahoo

OXŞAR XƏBƏRLƏR