Kinonun inkişafına baxmayaraq, kitablar bilik mənbəyi olaraq qalmağa davam edir və heç vaxt yoxa çıxmayacaq. Söz həqiqətən də güclü silahdır, ələxsus da istedadlı ustanın əlində olanda...
Xüsusi kitablar kateqoriyası var ki, bizim fikirlərimizi və həyata baxışlarımızı dərindən dəyişməyə qadirdir. "Hendrick's" brendi diqqətinizə gücü və dərinliyi əsl möcüzələrə yarada bilən kitabların siyahısını təqdim edir.
"Qodonu gözləyərkən" - Semuel Bekkete, 1949-cu il
İrlandiyalı yazıçının pyesi faktiki olaraq süjetə sahib deyil, bu isə o deməkdir ki, onu danışmaq mümkün deyil. Sadəcə həyatın ortasında, məkan anlayışı nisbi olduğundan məlum olmayan bir yerdə iki nəfər oturub. Onlar Qodonu gözləyirlər. Qodo kimdir və onu bu iki nəfər niyə gözləyir? Məlum deyil. Bu iki nəfərin yerində mənəvi böhran və həyatdan yorulma anından olan hər kəs ola bilər. İzləyicinin görməsi üçün onlar iki nəfərdir - istənilən ünsiyyət mənasızdır: həmsöhbətlər bir-birini başa düşmür, onlar fərqli şeylər barədə, sanki fərqli dillərdə danışırlar. Qodo kimdir? Bu, başqa bir insanı öz arxasınca apara biləcək güclü şəxsdən tanrı və ya taleyə qədər hər kəsdir. Ancaq Qodo gəlmir. O, Qodonun sabah gələcəyini xəbər verən insan göndərir, ancaq sabah növbəti sabaha qalır və bir daha təsdiq edir ki, zaman yoxdur və onun lazımsızlığı ancaq insanın diqqətini bir mənasız anda saxlayır.

"Proses" - Frans Kafka, 1925-ci il
Baş qəhrəmanı 30 yaşında (Yozef K.) hansısa təşkilatın iki əməkdaşı həbs edir, ancaq heç bir səbəb gətirmirlər. Buna baxmayaraq, Yozef həyatını buna qədər olduğu kimi davam etdirir, belə ki, təşkilat onun qaçışından narahat deyil. Onu məhkəməyə dəvət edirlər, evdə və işdə yanına gəlirlər, izləyirlər. Bütün bu zaman ərzində o, öz həbsinin səbəbini öyrənməyə çalışır, ancaq onu əhatə edən büroktratiyadan heç bir həqiqət əldə edə bilmir.

"Maldororun mahnıları", - Lotreamon, 1869-cu il
Oxucunu "ağlasığmazlıq" və "küfrlə" çaşdıran qəribə və həyəcanlı əsər. Şeirlər real olmayan və demonoloji personajların məskunlaşdığı dünyanı təsvir edən ritmli proza (nəsrlə) növbələşir. Lirik qəhrəmanın monoloqları nihilizm və qara yumoru gizlətmir.

"Billi Milliqanın çoxsaylı ağılları" - Deniel Kiz, 1981-ci il
Kitab real hadisələrə əsaslanır və oxucu qarşısında dissosiativ şəxsiyyət pozuntusundan əziyyət çəkən Billi Milliqanın parçalanmış şüur dünyasını açır. İntellekt və maraqları fərqli olan 24 ayrı şəxsiyyət: böyüklər və uşaqlar, kişilər və qadınlar, kriminal meylləri olan şəxslər və çox incə təbiətli həssas şəxslər - onlar hamısı Billi Milliqanın bədənini əldə etmək uğrunda mübarizə aparırlar, onun öz hərəkətlərinə nəzarət etməsinə imkan vermirlər.

"Qurulan portağal" - Entoni Börcess, 1962-ci il
Hadisələr ötən əsrin ortalarında cərəyan edir. O zaman London yeniyetmə qrupların nəzarəti altında idi, onlar üçün isə zorakılıq idman növlərindən birinə çevrilir. Gənclər üçün müqəddəs və hörmət edilməli olan heç nə qalmır. Bu kədərli mənzərənin fonunda Aleksin hekayəsi danışılır. O, bu yeniyetmə qruplardan birinin rəhbəridir, onlar qətl, qarət və mənasız vandalizmdən həzz alırlar. Ancaq onun kiçik bir marağı da var - o klassik musiqini çox sevir və dəyərləndirir. Onun bu qeyri-xarakterik xüsusiyyəti onunla pis zarafat edir və Aleks 14 illik həbs cəzası alır. Burada o, bütün pis və günah istəklərindən məhrum olacağı tibbi eksperimentdə iştirak etməyə razılaşır.

"Milçəklərin hökmdarı" - Uilyam Qoldin, 1954-cü il
Oxunması çətin olan və ondan ayrılmağa imkan verməyən qəribə, qorxulu və inanılmaz maraqlı kitab. Aviaqəza nəticəsində kimsəsiz adaya düşən yaxşı tərbiyə olunmuş oğlanların hekayəsi. Onlar sağ qalma uğrunda mübarizə aparmalıdırlar. Bu mübarizə isə onların daxili aləmlərini açır və kimin təbiətin yolu, kimin isə şüurun yolu ilə getdiyini göstərir. Sevgi və mərhəməti unudan insanlarla nə baş verə biləcəyi barədə fəlsəfi pritça. Qroteskt anti-utopiya, xəbərdarlıq romanı və əlbəttə ki, yaşadığımız dünyanın kövrəkliyi barədə xatırlatmadır.

"Keçəl müğənni" Ejen İonesko, 1948-ci il
11 may 1950-ci ildə Parisdə "Gecəquşları teatrı"nda premyerasının baş tutduğu fransız drammaturq Ejen İoneskonun ilk pyesi. Absurdizm estetikası qanunlarına görə, təkcə səhnədə deyil, əsərin ilkin variantında belə heç vaxt keçəl müğənni qadın olmayıb. Bir teatr əfsanəsinə görə, İonesko bu ideyanı brandmayor rolunu ifa edən aktyorun "həddindən artıq işıqlı müğənni" əvəzinə "həddindən artıq keçəl müğənni" deməsindən sonra düşünüb. Drammaturq özü improvizasiyanı mətndə sevinclə təsdiq etməsindən əlavə, hətta pyesin ilk adını da dəyişib ("İşsiz-gücsüz ingilis"). Əsərin ideyası isə mənasız danışıq ifadələri ilə dolu olan ingilis-fransız danışıq kitabının təsiri altında yaranıb.

"Hendrick's" brendinin yaradıcıları dünyada ən qeyri-adi cini (içki növü) yaratmağı qarşılarına məqsəd qoyublar. Həqiqətən də "Hendrick's" təkrarolunmaz xüsusiyətləri ilə insanı heyran edir. İlk növbədə, o, müxtəlif növ spirtlərin distillə edilməsi yolu ilə istehsal olunur. Distillyasiya prosesindən sonra "Hendrick's" cininə bolqar qızılgülünün ləçəklərindən və Belçik xiyarlarının ətindən ibarət essensiya əlavə olunur. Bu isə ona digər quru cinlərə (dry gin) bənzəməyən xüsusi ətir bəxş edir.
Mənbə: http://www.buro247.az/culture/ekspert/h-yata-bax-n-z-d-yi-dir-c-k-7-kitab.html