Hansı ay hansı ölkəyə getmək lazımdır? - SƏYAHƏT XƏRİTƏSİ

Xəbərlər 4 Yanvar 2017 00:00 1021
Hansı ay hansı ölkəyə getmək lazımdır? - SƏYAHƏT XƏRİTƏSİ

Böyük Britaniyanın “İndependent” qəzeti 2017-ci ilin səyahət xəritəsini dərc edib.

Seyyah.az xəbər verir ki, xəritədə aylara görə, hansı ölkələrə səyahət etmək əksini tapıb.

Qəzet hesab edir ki, 2017-ci ildə

 

yanvarda Çiliyə,

 

fevralda gözəl plyajlarına görə, Kipr Respublikasına,

 

martda Qanaya,

 

apreldə Pasxa bayramını keçirmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə

 

getmək məsləhətdir.

 

May üçün ən ideal ölkə Perudur.

 

İyunda Estoniyada “Köhnə şəhər günləri” festivalında iştirak etmək,

 

iyulda Kanada,

 

avqustda isə ABŞ-da Sakit okean sahillərindəki şəhərləri ziyarət etmək məsləhətdir.

 

Sentyabrda Danimarkanın ikinci ən böyük şəhəri Orhus,

 

oktyabrda Çinin Sian şəhəri,

 

noyabrda Yeni Zellandiya ən gözəl səyahət marşrutu hesab olunur.

 

 

2017-ci ilin son ayı üçün isə Amsterdam (Hollandiya – red.) küçələrində gəzmək ən ideal səyahət sayılır.

OXŞAR XƏBƏRLƏR